Yuxarı

“Qanun”dakı yoxlamalarla Eynulla Fətullayevi nə birləşdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayının 1-də 20 nəfər vergi müfəttişi "Qanun" Nəşrlər Evinə gələrək, vergi yoxlaması aparacaqlarını bildirib və bütövlükdə nəşriyyatın işini bir müddətlik saxlayıblar. Vergilər Nazirliyinin Analitik İnformasiya Departamenti aparılan yoxlama ilə bağlı "Axar.az"a öz münasibətini bildirib (Ətraflı BURADA).

Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun mətbuata verdiyi məlumata görə, vergi müfəttişlərindən yalnız iki nəfər uniformada olub, digərləri mülki geyimli şəxslər imiş. Vergi müfəttişləri Nəşrlər Evinin mühasibatlıq sənədlərini, o cümlədən sənədlərin toplandığı bilgisayarı götürərək, yoxlama məqsədi ilə aparıblar.

Ş.Xuduoğlu "Musavat.com"a açıqlamasında bunun qeyri-qanuni olduğunu bildirib, həmçinin ona qarşı aparılan təbliğat kampaniyasında həmkarı, jurnalist Eynulla Fətullayevi günahlandırıb: "Buna çox təəssüf edirəm. Çünki Eynullaya ilk dəfə Azərbaycanda mən iş vermişəm, mən onu böyütmüşəm, mən onu əsgər yola salmışam. Ancaq təəssüf ki, indi o, bu fəaliyyətlə məşğuldur və elədiyim bütün yaxşılıqlara onun cavabı budur".

"Qanun"un Eynulla Fətullayevin yeznəsi yoxlayır

"Axar.az"a daxil olan məlumata görə, Ş.Xuduoğlunun bu narahatlığını dilə gətirməsi və vergi yoxlamasında həmkarının adını hallandırması təsadüfü deyil. Çünki "Qanun" Nəşrlər Evinə gələn müfəttişlərdən biri Eynulla Fətullayevin bacısının əridir.

Bildirilir ki, məhz o, aparılan yoxlamalarda xüsusi aqressivliyi ilə seçilib və Nəşrlər Evinin mühasibat sənədlərinin və bilgisayarının aparılmasında canfəşanlıq göstərib.

Hazırda "Qanun" Nəşriyyatı Eynulla Fətullayevin apardığı anti-təbliğatla paralel olaraq onun yeznəsinin vergi yoxlamasına gəlişinin heç də təsadüf olmadığından narahatdır. Qaynağın sözlərinə görə, aparılan mühasibat sənədlərində müfəttiş-yeznənin təxribatçı təhriflər edəcəyi və bunu qayını E.Fətullayevə ötürülməklə, anti-təbliğat materialına çevirəcəyi istisna deyil.

("Qanun" Nəşriyyatında yoxlama zamanı çəkilən şəkildə oxla işarələnən müfəttiş Eynulla Fətullayevin kürəkənidir)

Tarix
2013.11.03 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla