Yuxarı

Saakaşvili Fransadan Tiflisə çağırıldı - İnauqurasiyaya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflisə dəvət olunub.

"Axar.az" Gürcüstandakı mənbələrə istinadən xəbər verir ki, Saakaşvili həbs ediləcəyindən ehtiyat edir. Gürcüstan Xarici İşlər naziri Maia Pancikidze Mixail Saakaşvilini yeni prezident Qiorqi Marqvelaşvilinin andiçmə mərasiminə dəvət edib. Xarici İşlər naziri Saakaşvilinin ayın sonuna, yəni andiçmə gününə qədər- toxunulmazlığının olmasını bildirərək, onu mərasimdə iştirak etməyə çağırıb.

Maia Pancikidze Mixail Saakaşvili ilə ilə birgə, keçmiş prezident Eduard Şevardnadzeni də inauqurasiya mərasiminə dəvət edib.

Brüsselə səfər edən Mixail Saakaşvili hazırda Fransada səfərdədir. Özünün "feysbuk" səhifəsində olduğu yerlər haqqında yazan keçmiş prezident ölkəyə gələcəyi halda həbsindən ehtiyatlanır.

Xatırladaq ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili Saakaşvilinin həbs oluna biləcəyinə işarə vuran açıqlama verərkən belə deyib:

"Əgər sabiq Baş nazir, sabiq Müdafiə naziri həbsxanadadırsa, digər sabiq Müdafiə naziri Fransada yaxalanıbsa, Tiflisin hazırki merinə qarşı 3 cinayət işi qaldırılıbsa, təbii ki, prezidentə də suallar olacaq. İstəmirəm ki, mənim prezidentim sorğu-sual edilsin, yaxud da həbsxanaya düşsün. Bu, ölkənin imici üçün heç də yaxşı deyil. Lakin prokurorluq və məhkəmə var, mən onların işinə qarışmıram".

Tarix
2013.11.05 / 11:09
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla