Yuxarı

Tovuzda müdhiş olay: qızı qaçırdılar; polis cinayətkarla anlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda Ramiz Qələndərov adlı şəxsin qızını zorla qaçırıblar.

Amma o, qızını geri ala bilmir. Bu barədə "Aznews.az"a rayondan məlumat verilib. Məlumatda qızın adının Gülnarə olduğu, yetkinlik yaşına çatsa da, istəmədiyi adam tərəfindən qaçırıldığı deyilir. Qaçıran şəxsin isə Elvin adlı Tovuz şəhər sakini olduğu bildirilir.

Mənbə bildirir ki, qızı qaçıran şəxsin yeri bilinsə də, polis məsələni həll etmir: "Polislə anlaşıblar. Qızın qışqırığını bütün qonşular eşidir. Amma polis onu azad etmir. Deyillər ki, bir-iki gün qalandan sonra sakitləşəcək".

Faktı Tovuz rayon Polis Şöbəsi təsdiqləyib. Tovuz RPŞ-nin müstəntiqi Namiq Kazımov bildirib ki, fakt üzrə müvafiq tədbirlər görülüb. Qaçırılan qızın da ifadəsi alınıb və o öz ifadəsində polisə bildirib ki, qaçırılması könüllü olub: "Dünən axşam getdik. Qız bizə yenə könüllü getdiyini dedi. Anası da bizimlə idi. Problemi ailə şəraitində deməyə çəkinəcəyi ehtimalını nəzərə alaraq, biz qızı bu gün Polis Şöbəsinə dəvət etmişik. Burada yenidən söhbət edəcəyik. Qərarı isə bundan sonra verəcəyik".

Qeyd edək ki, qız qaçırılması ölkədə insan oğurluğu kimi qiymətləndirilir və əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Sadə oğurluqdursa, 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Əgər yetkinlik yaşına çatmamış şəxsi iki və daha çox şəxsi oğurlayıbsa və yaxud da xəsarət yetirərək, hədə-qorxu gələrək oğurlayıbsa, ağırlaşdırıcı hallarda bu əməllər tövsif olunur. Buna görə də 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəni burada subyekt elə də əhəmiyyət kəsb etmir.

Tarix
2013.11.07 / 15:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla