Yuxarı

AMEA Kibernetika İnstitutunda rüşvət qalmaqalı - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru Telman Əliyev öz işçilərindən qanunsuz pul toplayır.

"Axar.az"ın adını çəkilməsini istəməyən etibarlı mənbədən aldığı məlumata görə, akademik bunu tabeliyində olan şəxslərdən məcburi şəkildə tələb edir.

Mənbə bildirir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində yaradılmış Elm Fondu ölkədə müxtəlif istiqamətlərin inkişafı üçün öz hesabından xüsusi qrantlar ayırır. Bu il elan edilmiş tenderdən 36 layihə keçib. Kibernetika İnstitutundan isə 7 layihə qalib elan olunub. İnstututa 7 layihə üçün ayrılmış ümumi məbləğ 625 min AZN-dir.

Rüşvət necə toplanır?

Qaynağın sözlərinə görə, direktor layihə iştirakçılarının hər birini otağına çağıraraq aldıqları qrantdan Həmkarlar İttifaqı üçün 5% verilməsini tələb edib.

Xatırladaq ki, alınan vəsaitdən vergi (işəgötürən 22 %, işçi 14 %), sosial sığorta (3 %) və s. ödənişlər olur. Direktor ümumi məbləğin 5 faizini istəyir.

Bütün vergilər sonra isə işçilərin ələ aldıqları maaşdan 25%-nin fonda verilməsini istəyir. Qaynaq bildirir ki, ümumiyyətlə, bu fond nədir və nəyə xidmət edir, bu haqda ümumiyyətlə heç nə deyilmir.

Məlumata görə, direktor "virtual fondu" belə təsvir edib: "Bu fondu özüm idarə edəcəm, necə bilirəmsə, elə də xərcləyəcəyəm".

Direktor təkzib edir

Məsələ ilə əlaqədar AMEA Kibernetika İnstitutun direktoru ilə əlaqə saxladıq. Direktor tabeliyində olan orqanın 7 layihə udduğunu təsdiqləsə də, pul yığma faktını təkzib elədi:

"Bu, səhv məlumatdır. Kim bu məlumatı sizə veribsə, yalnız işə ziyan vurmaq istəyir".

Fond məsələsinə gəlincə isə akademik, ümumiyyətlə, belə bir fondun mövcud olmadığını bildirdi.

Neft Şirkəti vaxt istədi

Donor təşkilat - Dövlət Neft Şirkəti ilə əlaqə saxlayıb, maliyələşdirdiyi layihələrlə bağlı korrupsiya iddialarına münasibət öyrənmək istədik.

ARDNŞ-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, suallara yalnız rəsmi sorğu ilə cavab verə bilərlər. Rəsmi sorğu ünvanladıqdan sonra isə xidmətdən bu məsələnin bir həftə müddətində araşdırılaraq cavablanacağını vəd etdi.

Kibernetika İnstitutunun udduğu layihələr

  1. Neft-qazlı layların mürəkkəbləşmiş şəraitdə istismarı zamanı fraktal xarakteristikaların təyini üçün yeni riyazi modellərin işlənməsi - 55 000 AZN
  1. Magistral neft qaz kəmərlərində və neft-qaz müəssisələrində istifadə olunan kompressor qurğuları üçün qəzaların gizli dövrünün

intellektual monitorinq sisteminin yaradılması – 90 000 AZN

  1. Ştanqlı, dərinlik nasoslu neft quyularının intellektual qüvvə çeviricisinin yaradılması – 90 000 AZN
  1. Kəşfiyyat Qazma gəmilərinin Qazma prosesinin Robast Diaqnostika və Stabilizasiya Sisteminin yaradılması – 120 000 AZN
  1. Neft-qaz ehtiyatlarının istismarının dayanıqlı inkişafa təsirinin

qiymətləndirilməsi – 100 000 AZN

  1. Dəniz stasionar platformalarının seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün monitorinq texnologiyasının yaradılması – 90 000 AZN
  1. Neft layının fiziki-kimyəvi mexanikasını nəzərə almaqla neftin süzülməsi və hasilatı proseslərinin riyazi modellərinin işlənməsi – 80 000 AZN

Qeyd edək ki, layihə qaliblərinin adları 12 sentyabr 2013–cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun İdarə Heyəti tərəfindən açıqlanıb.

Tarix
2013.11.14 / 12:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla