Yuxarı

Hacıbala Abutalıbov ağaclara ölüm hökmü çıxardı - Fotosessiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı şəhər, Süleyman Sani Axundov küçəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmirə bağlanıb. Marşrutlar işləmir, redaksiyamızın yerləşdiyi bu əraziyə gəliş-gediş çətinləşib. Çevrədə yaşayan sakinlərin nə çəkdiyini təsəvvür eləmək qətiyyən çətin deyil.

Düşünmək olardı ki, aylardır təmirsiz, bərbad vəziyyətdə olan S.S.Axundov küçəsinin təmiri nəhayət ki, Bakı meriyasının yadına düşüb və acınacaqlı vəziyyəti aradan qaldırmaq istəyir. Ancaq təəssüf ki, düşündüyümüz kimi deyilmiş.

Bu haqda yazmışdıq və iki günlük yol-təmir işlərindən sonra bəlli olmuşdu ki, üstündə "Bakı şəhər İcra Hakimiyyəti" yazılan texnikanın yardımı ilə yalnız S.S.Axundov küçəsinin girişindəki yeni tikilən və hələ ad qoyulmayan "ŞADLIQ EVI"nin qarşısı asfaltlanır.

Təbii sual yaranırdı: niyə hansısa şadlıq evinin böyür-başını Bakı şəhər İcra Hakimiyyəti təmir etməli, xalqa məxsus yol isə bərbad vəziyyətdə qalmalı, sakinlər, onların azyaşlı uşaqları əziyyət çəkməlidir? Heç bir ictimai narazılıq nəzərə alınmadan, dövlətə məxsus texniki qüvvə və büdcə hansı zərurətdən bir sahibkarın şadlıq evinin qarşısında çalışmalıdır?

Şadlıq evi üçün çalışan texnikanın səsi kəsilmir, Bakı şəhər İcra hakimiyyətindən isə səs çıxmır. Görülən iş də iş olsa. Bircə faktı qeyd etmək (bunu isə fotolarımızdan aydın görəcəksiniz) kifayətdir ki, işin keyfiyyəti haqda mənzərə yaransın. Burada asfalt basanlar ağacların dibini elə asfaltlayıblar, sanki bu ağacları diri-diri basdırır, yaxud qır qazanında yandırmağa hazırlaşırlar.
Bu gün hazırlanmış fotosessiyanı "Axar.az"ın oxucularına təqdim edirik.

Tarix
2013.11.17 / 02:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla