Yuxarı

İranda iyirmi minə yaxın insan zəhərlənib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xuzestan vilayətində iyirmi minə yaxın insan zəhərlənib

İranın Xuzestan vilayətində aramsız yağışlar insanların kütləvi zəhərlənməsinə səbəb olub. Ölkənin rəsmi strukturlarının yaydığı məlumatda deyilir ki, atmosferin çirkli olması nəticəsində yağan yağışlar havanı kəskin ağırlaşdırıb.

"Axar.az" xəbər verir ki, iyirmi minə yaxın insan "boğulma" diaqnozu ilə xəstəxanalara yerləşdirilsə də onların bir qismi ilkin tibbi yardımdan sonra xəstəxanaları tərk etib. Təbii fəlakət zonası elan edilən əraziyə əlavə xilasedici və səhiyyə qüvvələri cəlb olunub.

Bildirilir ki, ölkənin müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində 18 şəhərə və 3 adaya ciddi ziyan dəyib. Yaxın günlərdə Kerman, Hormozqan və Sistan-Bülecüstan vilayətlərində yağıntının ümumi normadan dəfələrlə artıq olacağı proqnozlaşdırılır. Bu vilayətlərin çay və göl sahillərində, çökək ərazilərində məskunlaşan əhaliyə xəbərdarlıq olunub.

Alborz və Tehran vilayətinin şimalında dağlıq ərazilərə qar yağması nəticəsində paytaxtın bəzi giriş-çıxış yolları bağlanıb.

Gilan və Ərdəbil vilayətləri arasındakı Xalxal ərazisində isə güclü yağış avtomobil tunelinin uçmasına səbəb olub. Yol polisi sürücülərə yollarda yaranmış vəziyyətlə əlaqədar xəbərdarlıq edib.

Tarix
2013.11.22 / 08:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla