Yuxarı

Bakıda GT3 yarışının qalibləri müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trend-in məlumatına görə, yarışlarda birinci yerə Belçikadan Stefan Ortelli, Lournes Vantor (Audi), ikinci yer Fransadan Rob Bell, Kevin Estre (Mclaren), üçüncü yeri Almaniyadan Maksimilan Buk, Alon Day (Mercedes) layiq görülüblər. Birinci yer üçün 100 min avro, ikinci yer üçün 50 min avro, üçüncü yerə görə 25 min avro məbləğində mükafat verilib.

Qeyd edək ki, yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilib.

Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, Nissan kimi markalar bu gün final mərhələsində birinci yer uğrunda mübarizə aparıblar.

Start ötən gün təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillərlə başlayıb. Yarışa WRT, Sebastien Loeb Racing, BMW Sports Trophy, HTP Gravity Charouz komandalarının, müvafiq olaraq - Audi R8, Mercedes SLS AMG, Ferrari 458, McLaren MP-4 avtomobilləri ilə start verilib.

Xatırladaq edək ki, yarış Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımlanıb. Ümumilikdə isə turnur dünyanın 175 televiziya kanalı ilə nümayiş etdirilib.

Tarix
2013.11.24 / 18:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla