Yuxarı

BDU tələbəsinin meyiti tapıldı - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb.

"Axar.az" "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə "feysbuk"da onun dostları yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil.

Xatırladaq ki, bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat əsasında dalğıc-xilasedicilər axtarış-xilasetmə işlərinin aparmış və təxminən 30-35 yaşlarında naməlum kişi meyitini sudan çıxarılaraq aidiyyəti üzrə təhvil vermişdilər.

Meyit tanınması üçün Asim Məmmədovun ailəsinə göstərilib. Anası Asim Məmmədovun cəsədini tanıyıb.

Qeyd edək ki, Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim "Mən belə yaşaya bilmərəm. Məni bağışlayın" qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, "feysbuk" şəbəkəsində belə bir status da yazıb: "Qoyun qılım namazımı, sonra kəsin boğazımı". Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.

Asim Məmmədov sosial şəbəkədə fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.

Tarix
2013.11.26 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla