Yuxarı

Həyət, yoxsa kompüter oyunları?- Video-sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxtlar "Bənövşə", "7 şüşə", "ortada qaldı", "əlüstə kimin əli", "gizlən qaç", "səndə məndə", "klas-klas" kimi məşhur oyunlar var idi. Onlara olan bağlılıq o qədər böyük idi ki, hər dəfə həyətdə bu cür uşaqları evə toplamaq olmurdu. Amma indi vəziyyət tam dəyişib.

Hərəkətsiz internet oyunları fiziki aktiv oyunları üstələyir

İndi uşaqlar aktiv oyunların əvəzinə internet oyunlarına daha çox üstünlük verir. "Qaçdı-tutdu" oyununun əvəzinə müharibə tipli internet oyunlar, "gizlən-qaç"ın əvəzinə hansısa gizlilik funksiyasını daşıyan oyunlar və daha nələr…

Üz tutduğum "244" nömrəli məktəbin uşaqlar arasında keçirdiyim sorğudan bəlli oldu ki, internet oyunlarına maraq pik nöqtədədir. Ən qəribəsi isə odur ki, internet oyunlarına maraq göstərən uşaqların əksəriyyəti birinci sinif şagirdləridir.

Qeyd edim ki, Azərbaycan dili bölməsində təhsil alan uşaqlar internet oyunları sevdiklərini bildirsələr də, Rus dili bölməsində təhsil alanlar tam əksini düşünürdülər.

Uşaqlarla söhbətimə müdaxilə edən müəllimə bildirdi ki, onların internet oyunlarına meylli olmasının səbəbi məhəllələrdə oynamaq üçün şəraitin az olmasıdır.

Valideyn Mənsurə Novruzovanın fikrincə isə, komputer oyunları övladında asılılıq yaradıb və artıq "o dünyadan" heç cür uzaqlaşdıra bilmir. Uzaqlaşdırmaq istədikdə isə, övladında əsəbi pozğunluq müşahidə edir.

Bəs məsələyə psixoloji yanaşma necədir?

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, indiki uşaqların əksəriyyəti məsum xəyallar qura, kədərlənə, dərin düşünə bilmir. Buna səbəb isə onların dar dünyalarında, hədsiz geniş bilgilərin olmasıdır.

"Bəzən onların gətirdikləri bəhanələr belə, o qədər təcrübəli olur ki, çaşıb qalmamaq mümkün olmur. Məncə, bunların başında zorakılıq tipli oyunlar dayanır. Valideynlərin isə buna necə razı olduğunu anlaya bilmirəm".

İnsanların arasında zombiləşmə gedir

Psixoloq zaman keçdikcə insanların içində həssaslıq, mərhəmət hissinin azaldığını da müşahidə etdiyini deyir:

"Zaman-zaman hər şey sadələşməyə doğru gedir. Təbii ki, bu, heç də xoşagələn hal deyil. Burda nöqsanlar çoxdur. Həyətdə oynanılan oyunların heç bir bənzəri ola bilməz. Bu cür oyunlarda həm fiziki aktivlik, həm də ünsiyyət var. İnternet oyunlar isə insani hisslərini azaldan, emosiyaları öldürən gücə sahibdir.

Zaman keçdikcə insanların içində həssaslıq, mərhəmət hissinin azaldığını hiss etmək olur. Bütün bunlar komputerləşmə prosesindən meydana gələn səbəblərdir. Bu oyunlarda müəyyən davranış modelleri var ki, uşaq onları gələcəkdə reallaşdıra bilər. Təəssüf ki, bu, cəmiyyətdə artıq norma halını alıb".

Öz növbəmdə qeyd edim ki, sonuncu dəfə "Bənövşə" bəndinə 2007-ci ildə rast gəlmişdim.

Tarix
2013.11.30 / 01:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla