Yuxarı

Dadaş Rzayev: “Oğru kimi arxamdan danışmaq kişilikdən deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən, bununla da Müdafiə Nazirliyindəki ştatdan çıxarılacağı ilə bağlı mətbuatda xəbər yayıldı.

Açıqlama verən general-mayor bu informasiyanın yanlış olduğunu bildirdi:

"Bu xəbəri yazan mənimlə heç bir kəlmə danışmayıb. Mənim işdən çıxarılmağımla bağlı yayılan xəbər yanlışdır. Bu yazını yazan kimdirsə ona səslənirəm ki, gəlsin mənlə üzbəüz görüşək görüm nə istəyir məndən. Oğru kimi arxadan danışmaq kişilikdən deyil. Əgər sözü varsa gəlsin mənimlə görüşüb dərdini desin."

"Mən dövlət işçisi deyiləm ki, məni vəzifədən kimsə uzaqlaşdırsın. İctimai təşkilata rəhbərlik edirəm. Məni yalnız ehtiyatda olan zabitlərin qurultayı işdən azad edə bilər. Belə bir qərar da verilməyib. Bu xəbərlərin hansı məqsədlə yayılması mənə aydın deyil. Sizin vasitənizlə demək istəyirəm ki, mənim haqqımda yayılan informasiyalar yalan məlumatlardır."(Hafta.az).

Tarix
2013.12.23 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla