Yuxarı

Sinan Oğan nədən hədəfdədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Adil Əliyev türkiyəli həmkarı Sinan Oğanla bağlı son günlər mediada yayılan məlumatlara münasibət bildirərək onu müdafiə edib.

"Axar.az" xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb.

Millət vəkili bu məsələni sosial şəbəkələrdə qızışdırılmasında maraqlı qüvvələrin olduğunu diqqətə çatdırdı. Adil Əliyev MHP-də millət vəkili Atilla Qayanın, partiyanın fəalı Yusif Ziya Arpaçukun və s. şəxslərin Azərbaycanla bağlı, xüsusilə Qarabağ məsələsinin Türkiyə cəmiyyətinə çatdırılmasında aktiv fəaliyyətlər ortaya qoyduqlarını qeyd etdi. Millət vəkilinin fikrincə, Sinan Oğanın Heydər Əliyevin türk dünyasının birliyi üçün çox işlər gördüyünü qeyd etməsi, bu fikirlərin bəzi dairələri bərk narahat etməsini normal qarşılamağı məsləhət görür:

"Əslində Sinan Oğan Türkiyə vətəndaşı olmaqla yanaşı, eyni zamanda Türkiyə Azərbaycanlıları Dərnəyinin fəxri sədridir və onun Heydər Əliyev haqqında fikirləri normal qarşılanmalıdır. Bu onun siyasətçi olaraq yanaşmasıdır. Sosial şəbəkələrdə çirkin təbliğatı görürəm və buna təəssüflənirəm. Əslində, türk dünyasının şəxsiyyətlərini qarşı-qarşıya qoymaq böyük yanlışlıqdır.

Sinan Oğan Heydər Əliyevin türk dünyasının siyasi-iqtisadi və mədəni-sosial birliyinin qurulmasında göstərdiyi xidmətləri nəzərə alaraq fikirlərini bildirib. Təkcə, Heydər Əliyevin 1992-ci ildə Naxçıvan və Türkiyəni birləşdirən "Ümid" körpüsünü açması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz regional layihələrini gerçəkləşdirməklə bölgənin siyasi infrastrukrunu dəyişdi. Bu layihələr Azərbaycan və Türkiyənin bölgədə dominatlığını artırdı. Bu gün bu layihələr Azərbaycan və ümumən Qafqazın təhlükəsizliyini qoruyan faktorlardan biridir.

Heydər Əliyevin müstəqil Azərbaycanın bayrağını ilk dəfə Naxçıvan Ali Məclisində qəbul etməsi, rus qoşunlarının Naxçıvandan çıxarması onun türk dünyasına naminə xidmətlərinə yazılmalıdır.

Heydər Əliyev türk dünyasının mədəni bütünləşməsinə öz töhfəsini verib. 1999-ci ildə "Kitabi-Dədə Qorqud" dastanın 1300 illik yubleyinin yüksək səviyyədə keçirilməsi, 1995-ci ildə Qırğızıstanda "Manas" dastanın yubleyində iştirak etməsi, türk dünyasının böyük oğlu İhsan Doğramacın yubleyinin keçirilməsi türk dünyasının mədəni birliyinə olan münasibəti idi. Bu kimi faktları çox sadalamaq olar.

Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev ulu öndərin qoyduğu siyasəti uğurla aparmaqdadır.

Sinan Oğan tarixi-siyasi proseslərə bəzi populistlər kimi yox, hadisələrə gerçək düşüncə və praqmatik yanaşma ortaya qoyur. Heydər Əliyev haqqında zamanında və vəfatından sonra da dünyanın məşhur siyasətçiləri, öz sözlərini deyiblər və hələ də deyəcəklər. Ümumiyyətlə, bir məsələni qeyd edək ki, Sinan Oğan millət vəkili seçildikdən sonra, ona qarşı qısqanclıq hissləri baş qaldırıb. Unutmaq olmaz ki, Sinan Oğan Türkiyədə populyar olan tək-tük azərbaycan türklərindəndədir. Hələ millət vəkili olmamışdan öncə, Türkiyə Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olaraq türk, avropa-rus mətbuatında maraqlı fikirlərlə və analitik yazılarla çıxış edirdi. Rəhbəri olduğu beyin mərkəzini ölkənin tanınmış qurumlarından birinə çevirməsi,onun təşkilatçılıq və yüksək analitik bacarığından irəli gəlirdi.

Bu gün belə bir simanın türk siyasətində olması Azərbaycan üçün lazımdır. O, hər zaman Azərbaycan məsələsini müdafiə edir və xüsusilə, Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisində gündəmə gətirən millət vəkillərindəndir. Biz bir azərbaycan türkü olaraq sevinməliyik ki, Azərbaycanı qardaş ölkədə belə səviyyədə tanıdan sima var. Sinan Oğan türk dünyasının birliyinin yorulmaz təbliğatçılarındadır.

Bir neçə il bundan öncə Rusiya prezidenti Vladimir Putinlə görüşən tək analitiklərimizdəndir. Bu barədə türk və rus mətbuatında səs yaradan xəbərlər yaddan çıxmayıb.

Onun fəaliyyəti həm Türkiyədə ermənipərəst qüvvələri, həm də türk dünyasının birliyini istəməyən bəzi qüvvələri narahat edir. Sinan Oğan hər zaman milli məsələlərdə prinsipial mövqe sərgiləyir. Hər dəfə onun gözdən salınması və ona qarşı çirkin kampaniyalara start verirlər. Təəssüf ki, bəzi soydaşlarımızı bilərəkdən və bilməyərəkdən bu oyuna alət olurlar. Sosial şəbəkələrdə çirkin oyunların təbliğatçısına çevrilirlər. Sinan Oğana qarşı çıxmaq və onun əleyhinə hansısa kampaniyada iştirak etmək, Türkiyədə ermənipərəst qüvvələrin əlinə oynamaq və onların yanında yer almaq deməkdir. Hər zaman şikayət edirik ki, Türkiyədə erməni lobbisi güclüdür və onların mediaya təsirlər var. Bu gün Sinan Oğan kimi insanlarımızı sıradan çıxartmaqla və onlara qarşı kampaniya aparmaqla, düşmənlərimizin mövqeylərini gücləndiririk. Atdığımız addımları və bildirdiyimiz fikirlərdə ehtiyalı olmalıyıq.

Sonda onu deməliyik ki, biz dəyərli insanlarımızı qorumalı və onlara dəstək olmalıyıq. Belə dəyərli insanlarımızı qorumasaq, sabah mövqeyimiz zəifləyəcək. Əleyhimizə iş aparanlar geniş fəaliyyətə keçəcəklər. O zaman uduzan biz, udan düşmən olacaq..."

Tarix
2013.12.23 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla