Yuxarı

Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda qeysəriyyə əməliyyatı zamanı baş vermiş körpə ölümü ilə bağlı Rayon Mərkəzi Xəstəxanası açıqlama verib.

Xəstəxananın baş həkimi əvəzi Əbülfət Məmmədov açıqlamasında bildirib ki, uşağı ölən ana yüksək təzyiqlə doğum şöbəsinə daxil olub:

"Xəstə 30 həftəlik hamiləlik, ağır hestozla xəstəxanaya daxil olub. Bura gələndə hamilə qadının təzyiqi 200-ə yaxın olub. Bir saat tədbir görülüb və onun təzyiqi bir az normaya salınıb. Əməliyyata hazırlanıb və xəstənin adamlarına məlumat verilib ki, xəstənin vəziyyəti bu yerdədir və bu xəstə əməliyyata getməlidir. Ananın həyatının xilas edilməsi üçün uşaq ananın bətnindən götürülməli idi. Buna da razılıq alınıb. Uşaq inkişafdan qalmış olub, 1 kilo 800 qram çəkisi olub".

Həkim əlavə edib ki, ananın həyatını xilas etmək üçün əməliyyat edilib.

"Əməliyyatdan iki saat sonra ancaq ananı zorla özünə gətirmək mümkün olub. Həkimlərin tədbirlərinə rağmən uşağın həyatını xilas etmək olmayıb. Uşaq ölüb və valideynə də izah olunub ki, xəstə niyə əməliyyat edilib. Xəstənin adamları əvvəlcə Yeganə həkimə kobudluq edib. Bu barədə baş həkimə məlumat verilib, baş həkim də polis şöbəsinə zəng edib ki, bizim işçiləri döyürlər. Sonda belə bir vəziyyət yaranıb. Etiraz olduğu üçün uşağı da verdik ki, ekspertiziya, uşağın da ölüm səbəbi bilinsin".

Xəstənin vəziyyətinə gəlincə, həkim müavini bildirib ki, xəstənin vəziyyəti bugün stabilləşib (Az.azvision.az).

Tarix
2013.12.25 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla