Yuxarı

ATƏT-in gələcək sədri danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin xarici işlər naziri və 2014-cü ildə ATƏT-ə sədrlik edəcək Didye Burkhalterin müsahibəsi

- İsveçrənin ATƏT-ə sədrliyi çərçivəsində prioritetləri nələr olacaq? Ölkəniz Avropada sülh və tərəqqinin bərqərar olması üçün hansı səyləri göstərəcək?

- İsveçrə "hər kəs naminə təhlükəsiz cəmiyyət yaratmaq" leytmotivi altında təşkilata sədrliyi dövründə üç əsas məqsədə töhfə vermək niyyətindədir: Biz təhlükəsizlik və sabitliyi təşviq etmək, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq və ATƏT-in fəaliyyət potensialını gücləndirmək niyyətindəyik.

Biz bu məqsədləri konkret həyata keçirmək üçün transmilli təhdidlərə qarşı mübarizə, təbii fəlakətlərin idarə olunması üçün ATƏT məkanında potensialın artırılması, həmçinin təhlükəsizlik sektoru idarəçiliyinin gücləndirilməsi, insan ölçüsü sahəsində öhdəliklərin icrası, eləcə də ATƏT-in vasitəçilik imkanları kimi bəzi prioritet tədbirlər müəyyən etmişik. İsveçrə həmçinin vətəndaş cəmiyyətinin ATƏT-ə cəlb olunmasına xüsusi diqqət yetirəcək və gənclərin səsinin eşidilməsi üçün ATƏT modelinə uyğun silsilə tədbirlər keçirmək niyyətindədir.

- ATƏT Avropa ölkələrində insan hüquqlarının müdafiəsi sahəsində mühüm təşkilatdır. Bu sahədə İsveçrə hansı addımları atmaq niyyətindədir?

- Təşkilata sədrliyimiz çərçivəsində biz insan ölçüsü sahəsinə dair mövcud öhdəliklərin həyata keçirilməsinin fəaliyyətimizin diqqət mərkəzində olmasını istəyirik.

İsveçrə müsbət təcrübələrin mübadiləsinin təşviqi vasitəsilə bütün üzv dövlətləri işgəncələrlə mübarizə, milli azlıqların hüquqlarının qorunmasının təmin edilməsi və demokratik seçkilərin təşviqi kimi sahələrdə son 40 il ərzində götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır. Biz təşkilata sədrliyimiz çərçivəsində 2014-cü ilin iyun ayının ortalarında İsveçrədə insan hüquqlarına dair konfrans da təşkil edəcəyik. Bundan əlavə, biz insan hüquqları sahəsində ATƏT institutlarının və sahə missiyalarının mandatlarına uyğun fəaliyyətini dəstəkləyəcəyik.

- ATƏT məkanında enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu necə qiymətləndirirsiniz?

- Bir neçə həftə öncə ATƏT-in Nazirlər Şurası enerji sahəsinə dair iki qərar qəbul etdi. Onlardan biri enerji sahəsi ilə bağlı fəaliyyətin ekoloji izinin təkmilləşdirilməsi, ikincisi isə mühüm enerji şəbəkələrinin təbii və texnogen fəlakətlərdən qorunması idi. Bu onu göstərir ki, enerji təhlükəsizliyi ATƏT-ə üzv dövlətlər arasında mühüm mövzuya çevrilir və Azərbaycan kimi ölkələr bu ATƏT dialoqunda həlledici rol oynayır. Bundan sonra da daha əlverişli və çoxşaxəli enerji təchizatının təşviqi yolları barədə düşünmək vacibdir. Həmçinin unutmamalıyıq ki, enerji resursları məsuliyyətli və şəffaf şəkildə idarə edildiyi təqdirdə, iqtisadi artıma əhəmiyyətli dərəcədə töhfə verə bilər.

- ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə fəal şəkildə cəlb olunub. Lakin təəssüf ki, bu hələ də öz səmərəsini vermir. Gələn il ATƏT-ə sədrlik edəcək İsveçrə bu münaqişənin həlli üçün hansı təşəbbüsləri göstərməyi planlaşdırır?

- Biz ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi ATƏT-in Minsk prosesi kimi mövcud vasitəçilik mexanizmlərinin fəal şəkildə dəstəklənməsi və gücləndirilməsi vasitəsilə dialoq və etimadın formalaşdırılması tədbirlərinin təşviqi imkanlarını nəzərdən keçiririk. Bundan əlavə, İsveçrə xalqlar arasında əlaqələri asanlaşdırmaq və regionda vətəndaş cəmiyyəti layihələrinə dəstək verməyə çalışacaq.

2014-cü il yanvarın 1-də İsveçrə ATƏT-ə sədrliyə başladıqdan sonra səfir Angelo Qnadinger Cənubi Qafqaz üzrə xüsusi nümayəndə kimi fəaliyyətə başlayacaq. O, həmçinin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində ATƏT həmsədri kimi fəaliyyət göstərəcək. Cənubi Qafqaz üzrə digər xüsusi nümayəndələr kimi, Angelo Qnadinger də ATƏT-in vasitəçilik səylərini dəstəkləyəcək və ATƏT-in regiondakı nümayəndəliklərinin fəaliyyətini müşayiət edəcək (Trend).

Tarix
2013.12.28 / 09:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla