Yuxarı

Dilənməyi ayıb sayan əlillə söhbət

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi bazarının yanında siqaret, paket satan bir əlil var. Heç normal danışa da bilmir. Ancaq öz zəhməti ilə işləyib pul qazanır.

Yaxınlaşıb həm siqaret almaq, həm də söhbət etmək istədik. Sözün açığı, satdığı əsasən bahalı siqaretlər idi (ən azından bizə görə). Ancaq sağ olsun, üç manata satdığı "Marlboro"nu bizə 2.5 manata satdı.

11 yaşımda avtomobil qəzasına düşmüşəm

Nitqində də qüsur olmasından dolayı sözləri aydın deyə bilmir. Ancaq demək istədiyi sözləri təkrarlamaqla ünsiyyət qura bilərsən. Söhbət zamanı məlum olur ki, adı Tahirdir. 27 ildir ki, "Nəsimi" bazarının girişində siqaret satmaqla ruzi qazanır:

"11 yaşımda avtomobil qəzasına düşmüşəm. Ondan sonra belə oldum. 27 ildir ki, burada siqaret satıb, dolanıram. Evliyəm. İki oğlum var. Balacasının 17 yaşı var, "kamera çəkir". Böyüyü 18 yaşındadı, tibb universitetində oxuyur. Həkim olacaq".

Ayda 50 manat polisə pul verirəm

Tahir Yusifov bizə gündəlik qazancı və polisə verdiyi aylıq haqq barəsində də danışdı:

"Gündə 10-15, bəzən 20 manat qazanıram. Ancaq burada dayandığım üçün polis ayda 50 manat məndən pul alır. Baxmayaraq ki, mən hər gün burada olmuram. Açıq havada işlədiyimə görə soyuq havalarda işə çıxmıram. İndi hava yaxşıdır deyə, gəlmişəm".

İki nəfər peyda olub söhbətimizə qulaq kəsilən kimi, həmsöhbətimiz anındaca dediyi sözü danır. Yəni, yox, polis ondan pul almırmış. Biz də vəziyyəti anlayıb daha üstünə getmir, söhbəti dəyişirik.

Ayda 150 manat əlillik pensiyası alıram

Ancaq ilıq havalarda işlədiyinə görə, bəs görəsən qışda necə dolanır, başqa gəlir yeri varmı?

- Avtomobil qəzasına düşdüyümə görə ayda 150 manat əlillik pensiyası alıram. Hava soyuq olanda işə çıxmasam da, şükür allaha, dolanırıq".

Nə olsun ki, əlil qalmışam, normal danışa bilmirəm?..

Hər gün küçədə əlil insanların diləndiyini görmüşük. Hətta fiziki qüsurlu olmayanlar var ki, özünü əlilliyə vurub dilənir. O isə, dilənməyi özünə ayıb sayır:

- Həmişə dilənçiliyi özümə ayıb bilmişəm. Nə olsun ki, qəzaya düşüb əlil qalmışam, normal danışa bilmirəm?.. Ancaq siqaret satmaqla da olsa, öz halal zəhmətimlə pul qazana bilirəm axı. Bir də ki, bayaq dediyim kimi, aya 150 manat pensiya alıram. Min şükür dolanırıq...

Nahar fasiləsi

Artıq nahar zamanı idi. İstədik Tahir bəylə bir yerdə nahar edək. Əli ilə minnətdarlıq öpüşü uçurub, istəmədiyini, naharını özüylə gətirdiyini dedi. Elə bu zaman həmin o söhbətimizi dinləyən iki nəfərdən biri söhbətə qoşuldu:

"Naharını bəzən oğlanları, bəzən özü gətirir. Elə işə gəlib, evə getməsinə də oğlanları yardımçı olur".

Reportajımızın qəhrəmanının bir-iki fotosunu çəkib, sağollaşırıq. O da elə həminki kimi, əli ilə öpüş göndərib bizi yola salır.

Adam həyat dolu idi.

Tarix
2013.11.01 / 09:20
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla