Yuxarı

Səfər Əbiyevin oğul toyunda “Axar.az” müxbiri həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun "Buta Palace" şadlıq sarayında toyu oldu. Mərasimi izləmək və reportaj hazırlamaq üçün hava limanı yolunun üstündə yerləşən sözügedən şadlıq sarayına yollandıq.

Keçilməz mühafizə, kortejsiz qonaqlar

"Buta Palace"nin ətrafı sözün bütün mənalarında hərbi hissə kimi əhatələnmişdi nəinki jurnalist, hətta xüsusi təlim görmüş kəşfiyyatçı da mühafizəni yarıb keçə bilməzdi.

Müşahidəyə başladıq. Toya kortejlə gələn, gözlənildiyi kimi, çox az adam oldu – təxminən, 2-3 "kortejli qonaq" - yüksək vəzifəli məmur şadlıq sarayının həyətinə girdi. Sürət o qədər böyük idi ki, hətta ən peşəkar fotokamera ilə də obyekti doğru-düzgün tuta bilmədik.

Nə olur-olsun, içəri keçməyə bir daha cəhd etməliydik. Qapıya yaxınlaşmağımızla mühafizəçilərin başımızın üstünü almağı bir oldu: "Bura ölkənin generalları yığışıb, kənara çəkilin!"

Toydan "bölməyə"

Növbəti cəhdimizdə mühafizəçilər əl çəkmədiyimizi görüb, dərhal polis çağırdılar. Və...

Və bir neçə dəqiqədən sonra artıq Suraxanı Rayon Polis İdarəsinin 3-cü polis bölməsindəydik. Nə bir təzyiq, nə bir kobudluq oldu. Yalnız bir qərar vardı: "Toy bitənə qədər bölmədə qonağımızsız!"

Xeyli söhbətdən, centlmen razılaşmasından sonra inandılar ki, polis bölməsindən "Buta Palace"yə qayıtmayacağıq. İnamlarının təsdiqi kimi gözlərinin qarşısında şəhərin mərkəzinə yola düşdük.

Bizə qalan yalnız "Buta Palace"nin qarşısında çəkdiyimiz bir neçə şəkil oldu...

Tarix
2013.11.04 / 01:08
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla