Yuxarı

İctimai TV “yola verməkdə” davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio yayımları şirkətində kadr dəyişiklikləri davam edir. Bu gün işdən azad olunanlar sırasında Analitik Proqramlar departamentinin direktor müavini, tanınmış jurnalist Telman Məmmədov da var.

Aparıcının işdən çıxarılması ilə bağlı İTV rəhbərliyi növbəti və ənənəvi cavabını açıqlayıb. Sorğumuza cavab olaraq Kadrlar Departamentindən bildirdilər ki, Telman Məmmədov öz istəyi ilə telekanalı tərk edib və ona heç bir təzyiq olunmayıb.

Məsələyə münasibət bildirən Telman Məmmədov işdən çıxması ilə bağlı xəbəri nə təsdiq, nə də təkzib etdi. Aparıcı gələcək planları haqda danışarkən sadəcə bu barədə düşünməyə fürsəti olmadığını söylədi.

Xatırladaq ki, Telman İsmayılov İTV-nın canlı olaraq yayımlanan "Odlar yurdu" telekörpü-layihəsinin müəllifi və İctimai kanalın beynəlxalq əlaqələrinin qurulmasında əsas vasitəçilərdən sayılırdı.

Tarix
2013.09.05 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla