Yuxarı

Qurban bayramının mahiyyəti; Qurbanlar harada kəsiləcək? - SİYAHI

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-i bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd edəcək. Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən müqəddəs bayramlardan biridir. Hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayan bayram üç gün davam edir.

Azərbaycanın 21 illik müqəddəs bayramı Dini qurban kəsmə İbrahim peyğəmbərlə əlaqələndirilir. Rəvayətə görə, yuxuda Allah İbrahim peyğəmbərin yaradana olan inamını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. "Quran"da bu barədə buyurulub: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".

Qurbanlığın əti satılmır İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlərə əməl edilməlidir. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoç ən azı altı aylıq, dana bir illik, dəvə isə beş illik olmalıdır.

Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan heyvanın qurban kəsilməsi məsləhət görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirməkdir. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə qurbanı kəsilmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur.

Bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Borc pula qurban almaq təqdir edilmir Qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq islamda təqdir olunmur.


Bakıda qurbanlar harda kəsiləcək?

Qurban kəsməyin əməl edilməsi vacib olan şərtlərindən biri də təmizliyə, sanitar qaydalara riayət olunmasıdır. Buna görə bu bayramda Bakıya gətirilən qurbanlıq heyvanların ticarət üçün xüsusi ayrılmış, baytar-sanitariya tələblərinə cavab verən yerlərdə kəsilməsini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əmr imzalanıb. Əmrə əsasən, Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədilə zoobaytar mütəxəssisləri heyvanların kütləvi halda kəsim yerlərinə təhkim olunublar. Eyni zamanda, qurbanlıq heyvanların saxlanılmasında və kəsilməsində baytar-sanitariya qaydalarına ciddi əməl edilməsi, rayonlardan gətirilən mallara və qoyunlara onların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin yoxlanılması və bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə nazirlik aparatının Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinə və Dövlət Baytarlıq Xidmətinə göstərişlər verilib.

Bakı şəhərində qurbanlıq heyvanların kəsilməsi aşağıdakı ünvanlarda həyata keçiriləcək:
- Zabrat qəsəbəsi, Kürdaxanı yolu, Zabrat dairəsi;

- Lökbatan qəsəbəsi "Meyvəli" bazarının qarşısı, Sahil qəsəbəsi;

- Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısı;

- Binəqədi rayonu, 3-cü balıqçılar küçəsi;

- Binəqədi rayonu, 8-ci mikrorayon, Rəsulzadə qəsəbəsi;

- Binəqədi rayonu, Bilcəri qəsəbəsi;

- Xətai rayonu, Nobel prospekti, "Nargilə" kafesinin qarşısı"

- Xətai rayonu, Gəncə prospekti, "Fərid" şadlıq evinin yaxınlığında;

- Suraxanı rayonu, Zığ qəsəbəsi;

- Yasamal rayonu, Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının yaxınlığında;

- Suraxanı rayonu, Bülbülə qəsəbəsi;

- Suraxanı rayonu, Əmircan qəsəbəsi;

- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi;

- Suraxanı rayonu, Hövsan qəsəbəsi;

- Səbail rayonu, Bibiheybət yolu, 20-ci sahə, ticarət cərgələrinin arası;

- Nizami rayonu, R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişdiyi yer;

- Xəzər rayonu, Binə qəsəbəsi;

- Xəzər rayonu, Qala qəsəbəsi;

- Xəzər rayonu, Mərdəkan qəsəbəsi;

- Xətai rayonu, Gəncə prospekti;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi;

- Xətai rayonu, Əhmədli qəsəbəsi.

Allah qurbanlarınızı qəbul etsin!

Tarix
2013.10.14 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla