Yuxarı

Bakıda 17 yaşlı yeniyetmə təzyiqlərə dözməyib intihar etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Binəqədi rayonunda intihar hadisəsi baş verib. Gülüstan küçəsi, döngə 12, ev 20 ünvanında faktiki qeydiyyatda olan 17 yaşlı Natiq Elxan oğlu Soltanov saat 12:30-da yaşadığı ünvanda intrihar edib. Əldə etdiyimiz məlumata görə, intihara səbəb 17 yaşlı Natiqlə ata babası Soltanov Tofiq Xanəhməd oğlu arasında konflikt olub.

Solatanov Xanəhməd nəvəsinin evdən çıxması barədə məhkəməyə iddia verib. Məhkəmə prosesi hakim Abbas Rzayevin sədrliyi ilə keçib. Proses zamanı Natiq babasının təzyiqlərindən bezdiyini bildirib. Onun iddiasına görə, babası Natiqdən anası Nüşabə Süleymanovanı öldürməyi tələb edirmiş. Bundan başqa o, dəfələrə babası tərəfindən təzyiqlərə və təhqirlərə məruz qaldığını bildirib. Məhkəmə prosesindən sonra evə gələn Natiq intihar edib.

İntiharın motivləri ilə əlaqədar Natiqin anası Nüşabə Süleymanova ilə əlaqə yaratdıq. Nüşabə Süleymanova muxbirimizə bildirdi ki, qaynatası yaşadıqları mənzilə sahib olmaq üçün ovladının ailəsini dağıdıb və o, sonda yoldaşı ilə ayrılıb. Bundan sonra Nüşabə Süleymanova yaşadıqları evi oğlu Natiqin adına keçirib. Planının baş tutmadığını görən baba bu dəfə 17 yaşlı Natiqə qarşı məhkəmədə ev iddiası qaldırıb. Bundan sonra Natiqə təhdid və təhqirlərlə dolu zəng və mesajlar gəlməyə başlayıb. Bu isə onun psixoloji sarsıntı keçirməyinə səbəb olub və sonda intiharla nəticələnib. İlkin olaraq ehtimal edilir ki, intihar hadisəsi artıq dozada dərman qəbulu ilə baş verib. Çünki 17 yaşlı yeniyetmənin özünə qəsd etdiyi otaqda "Fenazepam" həbləri tapılıb.

Qeyd edək ki, xəstə hal-hazırda Musa Nağıyev adına 1 nömrəli xəstəxananın taksikologiya mərkəzinin reanimasiya şöbəsindədir və vəziyyəti orta ağır qiymətləndirilir.

Tarix
2013.09.27 / 12:10
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla