Yuxarı

Əhmədinejadı həbs gözləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin ekspertiza işləri şöbəsinin rəhbəri Müctəba Mələk Əfzəli noyabrın 27-də jurnalistlərə keçmiş prezident Mahmud Əhmədinejadın məhkəməsinin təxirə salınmasından danışıb.

Noyabrın 26-da Əhmədinejadın məhkəməsi keçirilməli idi. "Axar.az" "Mediaforum" saytına istinadən xəbər verir ki, keçmiş prezident ona qarşı irəli sürülən ittihamları dinləmək üçün əvvəlcədən Tehran Cinayət Məhkəməsinə çağırılsa da, prosesə gəlməyib. İlkin məhkəmə iclası müttəhimsiz və hətta onun vəkili olmadan keçirilib və hakim işi dayandıraraq məhkəməni təxirə salıb.

Müctəba Mələk Əfzəli deyib ki, Əhmədinejad prezident olduğu vaxtda İdman və Gənclər Nazirliyini vaxtında yaratmaqdan imtina etməkdə, İran Milli Neft Şirkətinin əsasnaməsini vaxtında hazırlayıb təqdim etməməkdə, Tehran metrosu üçün xarici valyuta ilə büdcə ayırmamaqda və daha bir neçə qanunsuz əməldə günahlandırılır: "İrandakı məhkəmə qanunlarına görə, müttəhim yalnız üzrlü səbəbdən (xəstəlik, yoldaşının ölümü, təbii fəlakət baş verdikdə və sair) məhkəməyə gəlməyə bilər. Əhmədinejad növbəti məhkəməyə gəlməsə və ya gəlməməyi üçün qaneedici dəlillər göstərə bilməsə, o həbs edilə bilər".

Məhkəmənin növbəti iclasının vaxtı haqda məlumat yayılmayıb.

Tarix
2013.11.27 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla