Yuxarı

Rauf Arifoğlu: “Deyəsən, bizi daha çox ciddiyə alırlar”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rauf Arifoğlu AXCP və Müsavatın, Mustafa Hacıbəyli "Azadlıq" və "Yeni Müsavat"ın birləşməsini təklif etdi, Fuad Qəhrəmanlı "heç bir zərurət yoxdur" dedi.

"Müsavat partiyası mövqeyində dəyişiklik edəndə, AXCP də bu məsələni geniş şəkildə müzakirə edəcək".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı "AXCP-Müsavat partiyalarının birləşməsi" məsələsi təklifini verən Rauf Arifoğlunun fikirlərinə münasibət bildirərkən dedi. O, vurğuladı ki, Müsavat və AXCP partiyalarının birləşməsi o vaxt aktual idi ki, siyasi sifariş var idi:

"Xalq Cəbhəsinin qurultayında bu məsələ müzakirə olunmuşdu. Müsavat partiyasıyla qeyd-şərtsiz birləşməklə bağlı qərar qəbul edilmişdi. Təəssüf ki, AXCP-nin bu cavabına Müsavat partiyasından adekvat cavab gəlmədi və bundan sonra məsələ gündəmdən çıxdı. İndiki halda situasiyada hər hansı bir dəyişiklik yoxdur".

Fuad Qəhrəmanlı partiyaların Milli Şuradakı əməkdaşlıqlarını xatırladaraq, belə bir birləşməyə ehtiyac olmadığını dedi:

"Bu məsələni yalnız o halda müzakirə etmək olar ki, Müsavat partiyası mövqeyində hər hansı bir dəyişiklik etdiyini açıqlasın.

Həm də ki, Milli Şura adlı qurum var və onun mövqeyi də bəllidir. Artıq Milli Şura çərçivəsində AXCP və Müsavat partiyaları əməkdaşlıq edirlər. Buna görə də indiki halda bu məsələnin müzakirə olunmasına heç bir zərurət yoxdur".

"Yeni Müsavat" və "Azadlıq" birləşsin

Rauf Arifoğlunun təklifindən sonra Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli də "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin birləşməsini təklif edib.

Rauf Arifoğlu: "Bir az zarafat elədik."

Bu təklifə qəzetin baş redaktoru Rauf Arifoğlu da öz münasibətini "Axar.az"a bildirib.

Partiyaların birləşməsini məsələsinə aydınlıq gətirən Rauf Arifoğlu bu təklifin gərçək müəllifi olmadığını deyib:

"Partiyaların birləşməsi heç mənim də təklifim deyil. Bir az zarafat elədik. O təklif Sərdar Cəlaloğlunundur. 2-3 gün əvvəl müsahibəsinin başlığına çıxartmışdılar. Eyni cümlələrlə təkrar etdim. Ondan əvvəl də Azər Rəşidoğlu bu təklifi yazmışdı. Başqaları da deyiblər, yazıblar, səsləndiriblər. Mən də sadəcə təkrar etdim. Reaksiyalar olduqca maraqlıdır. Deyəsən, bizi daha çox ciddiyə alırlar. Lakin hesab edirəm ki, maraqlı, faydalı, müzakirəyə layiq təklifdir. Ancaq buna görə israr edib, kiminləsə üz-göz olmaq fikrim də yoxdur. Təşkilatlar birləşərsə, çox yaxşı. Müxalifətdə super partiya yaranar. Birləşməzsə də, heç birləşməsinlər, mənə nə?"

Birləşmək məsələsindən danışan Rauf Arifoğlu "Müsavat" qəzetinin onun şəxsi mülkü olduğunu da dedi:

"Qəzetlərə də, partiyalara da ictimaiyyətin hər bir nümayəndəsi fikir bildirə bilər. Burada qəbahət görmürəm. Qəzetlərin birləşməsi təklifi də, heç şübhəsiz, sağlam niyyətdən doğub, bizim ağır durumumuzu düşünərək, səsləndirilib. Baxmayaraq ki, "Yeni Müsavat" mənim xüsusi mülkiyyətimdir, özəl şirkətdir. Lakin kim istəyirsə, bu qəzetin ünvanına təklif, tərif, tənqid söyləyə bilər. Partiyalar xüsusi mülkiyyət deyil, şirkət də deyil, orada istehsal prosesi də getmir. Lakin hər ikisi - həm qəzet, həm də partiya ictimai diqqətin obyektlərindəndir. Mən o təklifi xoşgörü ilə qarşıladım. Həm də dünya tarixində də media quruluşlarının birləşməsinə dair çoxsaylı nümunələr var. Nə bilmək olar, bəlkə də bu ideya Azərbaycanda super ümummilli qəzetin formalaşdırılmasının gerçək düsturudur".

Tarix
2013.10.30 / 19:15
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla