Yuxarı

“İlk getmək istədiyim yer Azərbaycanın qüzeyidir, amma…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güneydən olanlar

Bu sözlərin müəllifi indi Türkiyənin Ankara şəhərindən yaşayan, Azəbaycanın güneyindən olan heykəltaraş Cavad Bezergenlidir. Cavad vətəninin hər iki tərəfində özünü realizə edə billmədiyindən Türkiyəyə sığınıb və oranı ikinci vətəni hesab edir.

- Cavad bəy, niyə Türkiyəyə yerləşdiniz, məgər İranda yaradıcılıqla məşğul olmaq mümkün deyildi?

- İranda yaradıcılıq var, ancaq orda vizual sənətə ya islami, ya da İrançılıq yönündən dəyər verilir. Yəni bir sənətçidən İslami düşüncəni sərgiləməsi açıq tələb olunmasa da, üslubu İslami olmalıdır. Ya da bir İran qəhrəmanının abidəsini düzəltmək üçün heykəltəraşa əngəl olacaq heç bir şey yoxdur, amma orda yaşayan başqa millətləri təmsil edəcək hər hansı əsəri yaratmaq üçün hakimiyyətlə qarşı-qarşıya gəlib mücadilə etmək lazımdır. Amma burda ən azı insanın düşüncəsini bəyənməsələr də, ona qarşı da çıxmırlar.

- Türkiyədə necə, istədiyiniz kimi rahat şəkildə işləyə, özünüzü realizə edə bilirsinizmi?

- Burda qərib olduğumuz üçün bir çox sıxıntıyla qarşılaşırıq. Vətəndaş olmadığımıza görə sığortalı işdə çalışa bilmirik. Hətta bəzən çalışdığımız işdə pulumuzu ala bilmirik. Bu ölkədə sənətə, ən azından heykəl sənətinə yanaşma fərqlidir. Təbii ki, burda millətin neçə yüz illər yaşadığı siyasi-sosioloji-ekonomik və kültürəl sıxıntılar bunu zəruri edib. Sənəti ortaya çıxaran ən önəmli səbəblərdən biri toplumda yaşanan sıxıntılardır. Məncə, hər dönəmin özünə aid sıxıntıları, əhvali-ruhiyyəsi, arzuları olur. Tarix belə yaranır və hər şey də sənətə yansıyır. Türkiyə çox böyük potensiala sahib olmasına rəğmən real sənətdə gərəkdiyi yerdə deyil. Amma nə olursa-olsun burda sənət üzərində çalışmaq İrandan daha rahatdır. Ən azı insan istədiyini işləyə bilir. Düzdür, sənətlə məşğul olan insan işlərini sata, sənətdən pul qazana bilmir, amma əsas odur ki, burda sənətə basqı yoxdur.

- Əsərləriniz maraq çəkirmi, yoxsa bir güneyli kimi Türkiyə mühitində üzə çıxmaq, özünü təsdiq etmək çətindir?

- Mən Güney Azərbaycanda şəhərsalma sahəsində çalışmamışam, daha çox miniatür və Universitet tələbələrinin layihələri üzərində çalışırdım. Ölkədən çıxmaq məcburiyyətində qaldım. Samsunda bir firmayla işə başladım. İlk öncə biz otellərdə, evlərdə və dövlət binaları üzərində heykəllərin işlənməsi işinə başladıq və çox qısa zamanda tanındıq. Samsun Təkkə Köy və Ladik bələdiyyələrindən 2.5 metrdən uca olan heykəl sifarişləri aldıq. İşlədiyimiz heykəllərin hamısı böyük həcmdə olmasına rəğmən, çox rahat satıla bildilər. Mən öz ideyalarımı asanlıqla reallaşdırıb həm öz sənətimi inkişaf etdirə, həm də pul qazana bilərdim. Amma dediyim kimi, biz burda vətəndaşlıq ala bilmədiyimizə görə çalışdığımızın qarşılığında da məvacib ala bilmirk. Bu üzdən də Samsundan ayrılmaq məcburiyyətində qaldım.

- Sizin də dediyinizdən belə bəlli oldu ki, güneydən olan soydaşlarımızın Türkiyədə işləməsi, yerləşməsi ilə bağlı problemlər var. Heç düşündünüzmü, niyə Azərbaycanın qüzeyində yerləşib rahat şəkildə işləyə bilmirsiniz?

- Təbii ki, Quzey Azərbaycan bizim üçün daha uyğundu və orda yaşayıb işləməyin ayrı ləzzəti var. Ora bizim ana yurdumuzun bir parçasıdır, həm də heykəltaraşlıq Azərbaycanda daha güclüdür. Amma biz Quzey Azərbaycana yerləşmək üçün daha çox mücadilə etməliyik, orda 3 aydan bir viza pulu ödənməlidir. Qüzey Azərbaycanda bu Türkiyədəkindən qat-qat çox xərc tələb edir. Eyni zamanda orda iş və ya təhsil oturum izni almaq üçün çox pul və enerji sərf etmək gərəkdir. Amma burada ən azından oturum almaq rahatdır və viza pulu ödəmirik. Mən də istərdim ki, Bakıda və ya Quzeyin hər hansı başqa yerində yaşayım, çalışım və hayatımı davam etdirim. Kaş ki, olsaydı… Amma nə yazıq ki, olmur.

- Türkiyədə qalacaqsınız, yoxsa Avropaya getmək fikriniz var?

- Mənim vəziyyətim fərqli olduğu üçün daha Güney Azərbaycana dönə bilmərəm və rəsmi prosedura görə bura mənim ikinci vətənim sayılır. Amma düşünürəm ki, bir müddətdən sonra burdan da çıxmaq məcburiyyətində qalacağam. Dediyim ki, ilk getmək istədiyim yer Azərbaycanın qüzeyidir, amma bilirəm ki, bu arzum da gerçəkləməyəcək.

Tarix
2013.10.31 / 09:37
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla