Yuxarı

“Həkimlərin çoxu qəssab rolunu oynayır”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afət Telmanqızı prezidentə müraciətindən danışdı

ANS-in Xəbərlər Departamentinin məsul redaktoru Afət Telmanqızının ailəsində baş vermiş faciə bir çoxlarının diqqət mərkəzindədir. İlkin versiyalara görə, həkim savadsızlığından A.Telmanqızının qardaşı yoldaşı 26 yaşlı Pərvinə Hüseynova dünyasını dəyişib. Bu durumdan mütəəssir olan jurnalist xanım məsul həkimlərin cəzalandırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova və millət vəkili Çingiz Qənizadəyə müraciət edib.

Müraciətlərdən sonra bir yeniliyin olub-olmamasını müəyyən etmək üçün özü ilə əlaqə saxladıq. Son durumu şərh edən A.Telmanqızı bunları dedi: "Müraciətlərim oktyabrın 29-da olub. Yazılı şəkildə ünvanladığım müraciətlərin ümid edirəm ki, nəticəsi olacaqdır. Dünən bu məsələyə Milli Məclisdə də toxunulub. Millət vəkili İqbal Ağazadə öz münasibətini bildirərək, spikeri də bu məsələdə maraqlı olmağa dəvət edib. Noyabr ayının 1-i Mehriban xanımın qəbuluna yazılacam. Bu durumla bağlı onunla görüşəcəm. Son xəbərlərdən biri də odur ki, vəziyyətlə bağlı Səhiyyə Nazirliyi də jurnalistlərə açıqlama yayıb. Amma həmin açıqlamada tutarlı əsaslara söykənən bir informasiya yox idi. Bu ölüm hadisəsi mütləq formada araşdırılmalı, təqsirli kəslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu kimi hadisələr tək bizim başımıza gəlməyib. Belə hadisələr çoxdur. Sadəcə, mən özüm mətbuatda olduğum üçün səsimizi yuxarı inistansiyalara çatdırma imkanım var. Bir insan digərinin ölümünə səbəb olub, sonra da rahat şəkildə ortalıqda gəzə bilməz. Bunu edənlər mütləq cəzalandırılmalıdır. Bəlkə ondan sonra mənə bir təsəlli olar. Bu arada həmkarımız Sülhiyyə Şirinovanın da ailəsində baş vermiş faciəni duydum. Burdan ona da başsağlığı verirəm. Bu hal sözün bitdiyi andır. Heç nə deyə bilmirəm, körpəsi qucağındaca dünyasını dəyişib. Dəhşətdir! Bu dəqiqə həkimlərin çoxu qəssab rolunu oynayır. İnsanların taleyi ilə bu cür davranmaq olmaz. Mən də hazırda müraciətlərimi etmişəm və işlə bağlı düzgün istiqamətdə araşdırma aparılacağını gözləyirəm".

Qeyd edək ki, "Space" televiziyasının keçmiş müxbiri, hazırda "Unibank"ın PR işləri ilə məşğul olan Sulhiyyə Şirinovanın ailəsində baş verib. S. Şirinovanın 28 yaşlı bibisi qızı Təranə Namazova dünyasını dəyişib.

Jurnalistin facebook profilində yazdığı statusdan məlum olub ki, 7 aylıq hamilə olmuş bibisi qızı xəstəxanada beyin ölümü keçirib. Onun həm də yaş yarımlıq körpəsi var imiş: "Belə ölməzlər e, ölməzlər... Bir üzü qız, bir üzü gəlin ölməzlər... Toy lentin hələ qapınızdan açılmayıb... Cehizinin yarısı hələ ata evindən ər evinə gəlməyib... Yaş yarımlıq körpəni bu dünyada anasız qoyub, 7 aylıq körpəni bətnində aparmaz adam. Hər iki dünyada yetim qoymaz adam. Deyirlər nəfəsin çıxmazdan öncə ölmüş körpəni bətnindən ayırıblar... O dünyaya qucağında apardın balaca balanı, elə məzara da eləcə qoyublar sizi- körpə mələyinlə birgə..."

S.Şirinova bizimlə söhbətində bu faciənin baş verməsində həkimləri günahlandırmadığını bildirdi: "Düzü, həkimlərdən narazı deyilik. Çünki özü elə halda idi ki, onu qorumaq qeyri-mümkün idi. Başında meningit vardı. Bu günədək biz bilmirdik. Ümumən heç kəs bilmirdi. Bircə o məlumdur ki, uşaqlıq vaxtı yıxılaraq başından travma almışdı. Hamı kimi arada başı ağrısa da, kəskin olmurdu, keçib gedirdi. Lakin hamiləlik dönəmində ağırlaşıb. Onu xəstəxanaya ağır vəziyyətdə çatdırdıq. Başını aparata salanda gördülər ki, bütün beyni iltihab içərisindədir. Başqa xəstəxanalardan da həkimlər cəlb olundu, əllərindən gələni etdilər, lakin yaşatmaq mümkün olmadı. 10 gün süni tənəffüs aparatına qoşulu qaldı, sonra dünyasını dəyişdi. Sadəcə, adamı ən çox o incidirdi ki, körpəsini yanında dəfn etdik".

Allah hər iki mərhuma rəhmət eləsin!

Tarix
2013.10.31 / 10:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla