Yuxarı

Avropa Azərbaycana 30 mln pul ayırıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycana 30 mln. avro vəsait ayırıb.

Bu barədə AB-nin "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində proqram ölkələrinin maliyyələşdirilməsi haqqında yaydığı broşürda bildirilir ("APA").

Azərbaycana 2008-2012-ci illərdə energetika sahəsində islahatların dəstəklənməsi üçün 14 mln. avro, 2009-2014-cü illərdə ədliyyə sahəsində islahatların dəstəklənməsi üçün 16 mln. avro verilib.

Qeyd olunur ki, bu islahatlar nəticəsində Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 10 regional ədliyyə bölməsi yaradılıb, bərpa olunan enerji mənbələri üzrə milli planlar qəbul olunub, Ədliyyə Akademiyası mütəxəssislərin səviyyəsinin artırılması üçün kurslar təşkil edib, məhbuslara peşəkar təhsil kursları təklif olunub.

Qeyd edək ki, AB "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Ermənistana 39 mln, Gürcüstana 54 mln, Moldovaya 155 mln, Ukraynaya isə 132 mln. avro vəsait ayırıb.

Üçüncü "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək.

Tarix
2013.11.06 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla