Yuxarı

Azərbaycan güləşçilərindən 5 medal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edir.

Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olub.

Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıb. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala sahib olub.

Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Kənan Əliyev (74 kq) və Çermen Baqayev (96 kq) isə beşinci olub ( Trend ).

Tarix
2014.03.22 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla