Yuxarı

SOCAR Gürcüstanda da məntəqə açdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda ARDNŞ-nin 108-ci yanacaqdoldurma stansiyası açılıb.

"Axar.az" AcərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyi bu ölkədə 108-ci yanacaqdoldurma stansiyasını istifadəyə verib.

Müasir tələblərə tam cavab verən obyekt Tbilisi şəhərində açılıb. İstehlakçılar burada avtomobilləri üçün benzinlə yanaşı, qaz da ala biləcəklər.

Yanacaqdoldurma stansiyasının açılış mərasimində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Stansiyada 25 nəfər işlə təmin olunub.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycan-Gürcüstan əməkdaşlığının getdikcə möhkəmləndiyini, Gürcüstanın yanacaq bazarında şirkətin mövqeyinin gücləndiyini vurğulayıb, soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.

Tarix
2014.03.22 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla