Yuxarı

Saakaşvili Gürcüstana getməyəcəyini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks prezidenti Mixail Saakaşvili dünən ölkə Baş prokurorluğunun onu dindirmək üçün göndərdiyi çağırış vərəqəsinə öz münasibətini bildirib və deyib ki, onun heç bir günahı yoxdur və bu baxımdan da dindirilmək üçün Tiflisə, Baş prokurorluğa getməyəcək.

"Mən dostlarımla Ukraynaya dəstək kampaniyasına qoşuldum. Azad insan kimi istənilən regionun azadlığı uğrunda mübarizəsinə qoşula bilərəm və heç kəs mənim harasa getməyimə maneçilik törədə bilməz", - deyə Saakaşvili Niderlandda jurnalistlərlə görüşü zamanı deyib.

Mixail Saakaşvili onun dindirilməsini Moskvanın sifarişi olduğu deyərək əlavə edib ki, o, Gürcüstana Moskvanın "icraçı sifarişlərini" təmizləmək üçün gələcək. "Bu,iş adamı, Gürcüstanın eks baş naziri Bidzina İvanişvilinin dediyi vaxtdan tez olacaq. Bidzina Moskvadan aldığı sifarişi həyata keçirmək üçün Kremldən 2 milyard dollar almışdı. Hamı bilirdi ki, Gürcüstanda son sözu İvanişvili demir. Mən yorulanadək öz mübarizəmi davam etdirəcəyəm", - deyə Saakaşvili bildirib.

Xatırladaq ki, Saakaşvilinin çağırış vərəqəsi dünən onun anası Qiuli Alasaniyaya təqdim edilib. Gürcüstan Baş prokurorluğunun əməkdaşı Koka Kaçitadze bu gün keçirdiyi brifinqdə deyib ki, Saakaşvili dindirilməyə gəlməməsini izah etməlidir. "Ancaq inanırıq ki, o, öz hərəkətini ölçüb biçəcək və Baş prokurorluğa gələcək", - deyə prokuror deyib. (ANS)

Tarix
2014.03.23 / 00:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla