Yuxarı

ARDNŞ-nin iri enerji layihəsi başa çatır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə ARDNŞ tərəfindən avroistiqrazların növbəti yerləşdirilməsi məsələsi aktual deyil.

Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

O, qeyd edib ki, şirkət daha uzun, yəni 30 illik ödəniş müddətinə malik istiqrazlar buraxmağı nəzərdə tutur: "Bundan başqa, bu yaxınlarda Azərbaycanın suveren avrobondlarının debüt yerləşdirilməsi aparılıb, ona görə də biz hazırda diqqəti bazarın öyrənilməsinə cəlb etmişik".

Vitse-prezidentin sözlərinə görə, hazırlıq prosesi uzun müddət tələb edir və buna görə də növbəti yerləşdirmənin müddəti və həcmi haqqında danışma hələ tezdir: "Bu parametrlər bazarın monitorinqinin nəticələrindən və şirkətin maliyyə resurslarına tələbatından asılı olacaq".

ARDNŞ artıq iki buraxılış həyata keçirib. İlk buraxılış 2012-ci ildə 5,45 faiz gəlirliliklə və ödəniş müddəti 2017-ci ilin fevralında olmaqla 500 milyon dollar həcmində olub. İkinci yerləşdirmə isə 2013-cü ilin martında Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Afrika bazarlarında artıq bir milyard dollar həcmində 4,75 faiz gəlirliliklə 10 illik müddətə yerləşdirilib. Bu dəfə onlara tələbat emissiyaların həcmini üç dəfə üstələyib. (Trend)

Tarix
2014.03.23 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla