Yuxarı

Putinin atası faşistlərə işləyib – Fotofakt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna mətbuatında Rusiya Prezidenti Vladimir Putinin atası Vladimir Spiridonoviç Putinin 1941-ci ildə almanlarla əməkdaşlıq etməsi ilə bağlı yeni məlumatlar yayılıb.

"Axar.az" xəbər verir ki, Ukraynanın TSN kanalının verdiyi məlumata görə, Putinin atası 1941-ci ilə kimi NKVD zabiti olub. Qeyd edək ki, bir müddət əvvəl də mətbuatda Putinin NKVD zabiti olması ilə bağlı məlumatlar yayılmışdı.

Müharibənin əvvəlində Vitebskdə almanlara təslim olan Putin sonradan general Vlasovun yaratdığı Rusiya Azadlıq Ordusunun (RAO) tərkibində SSRİ-yə qarşı vuruşub.

Bu barədə ilk məlumat Polşanın "Anqora" jurnalının 2013-cü ilin avqust sayında Jozef Zanyavskinin "Rusiya prezidentinin atası Varşava üsyanının yatırılmasında iştirak edib" adlı məqaləsində üzə çıxıb.

Yazı müəllifi SSRİ Baş Kəşfiyyat İdarəsinin İsveçrədəki keçmiş əməkdaşı Viktor Suvorova (əsl adı Boqda Rezun) istinad edir. Suvorov 1978-ci ilə Britaniya kəşfiyyatına keçir və əlindəki ən vacib foto və sənədləri onlara təhvil verir.

Fotoların birində 6 zabitin şəkli əks olunub. Onlardan 3-ü kazak, 2-si alman, biri isə RAO formasındadır. Suvorov bildirir ki, kazak formasında olanlar Vlasovun ordusunda xidmət edən ruslardır. Soldan birinci isə Vladimir Putindir.

Suvorov bildirib ki, 1945-ci ildə indiki prezidentin atası digər vlasovçular kimi ingilislər tərəfindən Sovet İttifaqına təhvil verilib.

Tarix
2014.03.23 / 18:08
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla