Yuxarı

Yol polisi Bakıda reydlərə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 19-dan 25-dək paytaxtda dayanma, durma, parklanma qaydalarının pozulmasına görə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi əsasında idarənin bölmə və şöbə əməkdaşlarından ibarət qrup tərəfindən 3800 inzibati protokol tərtib edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, aparılan təhlil nəticəsində məlum olub ki, bu günədək eyni xətanı törətdiyi üçün həftə ərzində 81 nəfər barəsində 2 dəfə, 136 nəfər barəsində isə 4 dəfəyə qədər təkrar protokol tərtib edilib: "Yəni 217 nəfər etdiyi hərəkətlərlə nə qanunu, nə də yol polisini saydıqlarını göstərirlər. Onlar eyni xətanı təkrar etməklə bildirmək istəyirlər ki, bu qaydalar onlara aid deyil və bu xətalara görə edilən cərimələri ödəməyə imkanları var".

V.Əsəsdov bildirib ki, dayanma, durma, parklanma qaydalarının pozulması dedikdə əsasən nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində, yolun ikinci cərgəsində, piyada səkilərində, yolların kəsişmə hissəsində, avtobus dayanacaqlarında saxlanması nəzərdə tutulur.

Bölmə rəisi qeyd edib ki, hazırda yol polisi tərəfindən reydlər davam etdirilir ("Trend").

Tarix
2014.03.25 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla