Yuxarı

Sələmçi qadının qatili bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda qətlə yetirilən sələmçi qadının qatili müəyyən edilib.

"Axar.az"a rayondakı mənbədən verilən məlumata görə, Sürəyya Tağıyevanı qonşusu Amil adlı şəxs öldürüb.

İddia edilir ki, Amili istintaqa cəlb etmək üçün polis cinayətkarın qardaşı Samidi həbs edib. Məlumata görə, Amil cinayəti törətdikdən sonra Rusiyaya qaçıb.

Polis onu axtarır. Hazırda cinayəti törədənlərin yaşadığı məhəllədə polis postu qurulub.

Mənbə deyir ki, sələmçi qadını qətlə yetirən cinayətkarın anası da sələmçidir və onun mərhum S.Tağıyeva ilə çox yaxşı əlaqələri olub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Lənkəran Rayon Polis Şöbəsindən "Axar.az"a cinayətlə bağlı hələ ki, heç kəsin həbs edilmədiyini bildirdilər.

Xatırladaq ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın olub. Hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illər sələmçiliklə məşğul olub.

Qeyri-rəsmi məlumata görə, qətl təhlükəsizlik kameralarına düşsə də, qatilin isti izlərlə tapılması mümkün olmayıb.

Tarix
2014.03.26 / 10:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla