Yuxarı

Qanun naminə

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftədir ki, "Qanun" nəşriyyatında gedən vergi yoxlamaları, nəşriyyatın bağlanma ehtimalı ətrafında müzakirələr gedir. Yazarlar, tərcüməçilər, naşirlər münasibət bildirir. Aşağıdakı sözlər sadəcə bir oxucuya aiddir. Sadiq oxucuya...

Bu yazını yazarkən qələbəliyin içində qeyb olmuşam. Dörd il öncəni düşünürəm. Ölkənin ən qərbindən ən şərqinə gəldiyim günləri, tünlükdən, insan axınından qorxduğum günləri. Bugünki möhkəm dostluqlarım, fikir müəllimlərim, çevrəm və özünəgüvənim yox idi. Əlimi boşluğa uzatdım və ilk dostlarımı "Qanun" nəşriyyatın simasında kitablarda tapdım. O günə kimi heç vaxt kitaba pul verməmişdim. Və beləcə kitabxanamın təməli atıldı. Bu gün müxtəlif nəşriyyatlardan, müxtəlif dillərdə kitablar var o rəflərdə. Ancaq "Qanun" o rəflərə ilk övlad kimi əzizdir.

Bir il sonra kitab sərgisində Şahbaz Xuduoğlu və əməkdaşlarla tanış olduqdan sonra nəşriyyat içində çap avadanlıqları və bilgisayarlar olan daş bina deyil, nəfəs alan, gülən, qayğıkeş insanlar idi. Həmin gündən sonra o binaya çox getmişəm. Tələbə yoldaşlarımla, bəzən tək başına. Məlum keçidin yanından kiçik cığırla nəşriyyata doğru gedəndə bura dünyadan ayrılmış bir yer kimi gəlib mənə. Deyirlər, uzaqlarda - eyni düşüncəli, eyni duyğulu insanların bir-birini bir sözdən başa düşdüyü ölkə var. Bu cığırla irəliləyəndə o ölkəni düşünmüşəm. "Bəlkə o ölkə çox uzaqda deyil" demişəm.

"Qanun" deyəndə

İlk Orxan Pamuk kitabımı xatırlayıram – "Mənim Adım Qırmızı". Daha sonra "Qara Kitab" nəşriyyatın mənə Gənclər günü hədiyyəsi.

Nəşriyyatın səhifəsi üçün bir şəkli Səlcuqa (nəşriyyatın əməkdaşı) dəfələrlə çəkdirib sildirməyimi xatırlayıram.

Tələbə bileti, şəxsiyyət vəsiqəsi ilə gedib nəşriyyatdan əli-qolu dolu çıxmağımızı xatırlayıram.

Başqa bir sərgidə Günel Mövludla söhbət etməyimizi, ondan kitab almağımı və imzalatmağımı, yarmarkalardan birində Rəşad Məcidin bizə Qismətin "Meqapolis Hüzünlərini" hədiyyə etməsini, qızlarla imza üçün necə şairin başına toplaşmağımızı xatırlayıram.

Şahbaz bəyin məni Pərviz Cəbrayılla tanış etməsini, imzalı "Yad Dildə"ni, birlikdə İskəndər Palanın qaldığı otelin foyesində yazarı gözləməyimizi, İrandakı məhbus şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn üçün BMM-də toplaşmağımızı xatırlayıram.

Şahbaz bəyin hər soruşduğum kitab haqqqında ərinmədən məlumat verməsini, rahat–rahat şikayətlərim haqqında onlara yazmağımı, "Gənc, bu kitabı oxumusanmı?", "Bu kitabı oxumağın məsləhətdi" deməsini xatırlayıram.

Yarmarkalardan bir digərində tərcüməçi və yazıçı Nəriman Əbdürrəhmanlı ilə tanışlığımız, qısa söhbətimiz və mənə hədiyyə etdiyi iki kitabını xatırlayıram.

BDU-un Jurnalistika fakültəsində partalara düzülən kitabları, qaça-qaça özümü çatdırdığım sərgi və yarmarkalarda əlində kitab gördüyüm gəncləri və bu mənzərələrin məndə yaratdığı sinə dolusu rahatlıq hissini xatırlayıram.

"Qanun" nəşriyyatın, kitabların, sərgi və yarmarkaların, imza və görüş günlərinin sayəsində tanıdığım bir-birindən işıqlı gəncləri xatırlayıram.

"Qanun" biz gənclərə mühit yaradıb, bizim üçün nəfəsliyə çevrilib. Mənzərəni sərgiləyə bilməsə də, mənzərədən parçalar göstərən ayna olub. Əli kitablı birini görəndə ona qarşı məndə güvən hissi yaranır. Düşünürəm ki, biz onunla uzaqdakı o ölkənin sakinləriyik.

P.S. Yazı duyğulu alındı. Çünki bir duyğunun təsiri ilə yazılıb - əndişə.

Tarix
2013.11.09 / 10:17
Müəllif
Arzu Məmmədova
Şərhlər
Digər xəbərlər

Bakının yeraltı qəhrəmanları

Qadının qulağı kəsilməyincə...

Səhər yeməyini tək yeməmək üçün evləndim - Yazıçılar

Məşhur Hollivud ulduzlarının övladları – Foto

Xəzər sahilinin piratları

“Fələk surəsi”ndən roman adına

"Möhtəşəm yüz yıl"dan daha möhtəşəm film

Bizə əjdaha lazımdır

Onlar səhnəyə tualetdən çıxır - ODA...

Ərdoğanla generalın “çanta müharibəsi”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla