Yuxarı

Ramin Deko Rauf Arifoğlunu niyə ittiham edir? - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azadlıq qəzeti"nin müxbiri Ramin Deko "feysbuk" səhifəsində "Yeni Müsavat" qəzetinin baş redaktoru Raif Arifoğluna ittihamedici sual ünvanlayıb.

R.Dekonun statusunda yazıb:

Niyə Rauf bəyin cavabı "Yeni Müsavat"da çıxmadı?

"Yeni Müsavat" qəzetinin saytında "Eynulla Fətullayevlə "Azadlıq" qəzeti barışdı?" başlıqlı yazı dərc olunub. Söhbət ondan gedir ki, "Yeni Müsavat"ın 4 noyabr tarixli sayında "ABŞ Bakıdakı seçki ilə bağlı telefon danışıqlarını dinləyib" başlıqlı yazıya Eynulla Fətullayev "Haqqin.az" saytında Rauf Kərimli imzasıyla "Как Сноуден рассказал Арифоглу про Сулейманова ("Snouden Arifoğluna Süleymanovla bağlı necə danışdı") adlı məqaləylə cavab verib.
Biz, şəxsən mən Fətullayevin bu yazısına Arifoğlundan cavab istəmişəm. "Gmail" elektron poçtumla bu barədə Rauf bəyə yazdım. Cavabı belə oldu: "Cavabımız böyükdür və yazılı Sizə göndərirəm".

Mən razılaşdım və göndərdi. "Eynulla Fətullayev, Elxan Süleymanov və FTX..." başlığı və "Bizə irad bildirənlər, görəsən, İlham Əliyevin məxfi söhbətlərini, Volodini, Vahid Ələkbərovu necə dinləyiblər..." yarımbaşlığı ilə göndərildi.
Rauf bəy materialı göndərəndə xahiş etdi ki, "mümkünsə, bu gün sayta qoymayın. Öncə hər iki qəzetdə (yəni "Azadlıq" və "Yeni Müsavat"da) çıxsın, sonra sayta qoyarıq".
Mən də redaktorla danışdım və razılığı Rauf Arifoğluya çatdırdım.
Onu da qeyd edim ki, Fətullayevin yazdıqları qarşılığında Arifoğlunun cavabı xeyli yumşaq təsir bağışlayırdı.
Deməli, məntiqlə bu yazı noyabrın 7-də hər iki qəzetdə çıxmalı idi. Amma ertəsi gün "Azadlıq"da çıxdı, "Yeni Müsavat"da yox...
Eynulla Fətullayev etiraz etdi və bildirdi ki, o, yazısında "məlumatı "Yeni Müsavat"a Məmmədovlar, Həsənovlar ötürüb" deyərkən, heç də "Azadlıq"ın iddia etdiyi kimi Əli Həsənov və Novruz Məmmədovu nəzərdə tutmayıb.
Bununla əlaqədar Eynulla Fətullayevin mövqeyini öyrənmək üçün "Azadlıq" olaraq, onunla əlaqə saxladıq. Eyni zamanda, Rauf bəyə də zəng etdik ki, Eynulla Fətullayevə cavabının öz qəzetində niyə çap olunmadığına aydınlıq gətirsin. Ancaq zənglərimizə cavab vermədi...

"Siz mənim yazımdan istifadə etdiniz"

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqında yönələn ittihama cavabı gecikməyib:

"Mən bu yazını sizinlə yazışandan sonra "Haqqın.az" saytında dərc etdirdim. Eynulla Fətulayev mənim cavab haqqımı qəbul etdi və yazını manşetdən verdi. Buna görə də anlaşma əsasında "Yeni Müsavat"dan çıxartdıq. Sizsə məndən mövqe istəmişdiniz, mən də bu yazıdan istifadə etmək üçün onu sizə yolladım. İstifadə də etdiniz. Fətullayev "Azadlıq" qəzetini mənim yazdıqlarıma görə məhkəmə ilə hədələməyib ki! Sizin əlavələrinizə görə hədələyib. O əlavəni mən etməmişəm, siz etdiniz. Dərc olunan yazını da diqqətinizə çatdırıram: http://haqqin.az/news/12500".

Tarix
2013.11.09 / 11:20
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla