Yuxarı

Tarkanın e-mailləri üzə çıxdı, ara qarışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarkanın uyuşdurucu istifadə etməsi iddiasıyla 2 ilə qədər həbs cəzasına məhkum olunduğu məhkəmədə "kokoin satmaq və tədarük etmək"lə 22.5 illik həbs olunması tələb olunan şübhəli iş adamı Murad Ərdoğanın vəkili Rezan Epözdəmir məşhur müğənninin müvəkkilinə əməliyyatdan dərhal sonra e-mail vasitəsilə ismarıc göndərdiyini önə çəkdi.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, İstanbul Ağır Cəza Məhkəməsində iki gün öncə baş tutan görüşmədə sözügedən ismarıcın çap versiyasını məhkəməyə təqdim edən Epözdəmir: "29 mart 2010-cu il tarixində Tarkan müvəkkilimə bir mesaj göndərib. Polisin ondan ad istədiyini və baş verənlər üzündən şok yaşadığına görə yalan olaraq müvəkkilimin adını verdiyini söyləyib. Günahlandırılmaqdan qurtulmaq məqsədilə yalan söyləyərək müvəkkilimin adını verdiyini və çox peşman olduğunu bildirib", - deyib və bununla Tarkanın yenidən dinlənməsini tələb edib. Məhkəmə 11 dekabr 2013-cü il tarixinədək uzadılıb. Həmin elektron məktubu sizə təqdim edirik:
"Canım tombulum, necəsən, yaxşısan, səninçün çox darıxıram. Güman edirəm ki, son baş verənlərlə əlaqədar mənə sevgin, inancın azalmayıb. Mən də qorxdum, panikaya düşdüm. Aylarla telefonlarımızı dinləyiblər. Çarəsiz olduğumçün bəzi şeyləri qəbul etmək məcburiyyətində qaldım, amma inan ki, səni hər şeyə rəğmən, qorumaq üçün əlimdən gələni etdim. Biz günahsızıq, bu məsələlərlə heç bir əlaqəmiz yoxdur. Mənimlə əlaqədar qulağına çatan söz-söhbətlərə, səni doldurmaqçun deyilənlərə qəti inanma, vəkilinə də həmçinin. Şöhrətin bədəli ağır oldu mənimçün, amma bunlar da keçəcək".

Tarix
2013.09.14 / 11:30
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla