Yuxarı

Rus səfirin Dağlıq Qarabağ açıqlamasına Bakı reaksiya verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı səfiri İvan Volikin parlamentdə çıxış edərkən Qarabağda istehsal olunan məhsulların Gömrük İttifaqına maneəsiz giriş əldə edəcəyi haqda fikir səsləndirib.

Ermənistanın "Qraparak" qəzetinin yaydığı məlumatda daha sonra Dağlıq Qarabağın Gömrük İttifaqının bir hissəsinə çevriləcəyi bildirilir. Həmçinin mətbuat orqanı səfirin erməni hökumətinə bununla bağlı yüksək səviyyədə təminat verdiyini də açıqlayıb.

Rusiya səfirinin faktiki olaraq DQR-in müstəqilliyinin tanınması yönündə verdiyi bu açıqlama ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mövqeyini "Axar.az"a açqıladı:

"Bu haqda dəqiq məlumata sahib deyiləm. Həqiqətən Rusiya səfiri belə fikir səsləndiribsə, Azərbaycan tərəfi məsələni araşdırıb, lazımı tədbirləri görəcək. Məsələnin Ermənistan parlamentində müzakirəsi təxribatdır və Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yönündə əngəllər yaradır. Bundan başqa, dünya birliyi də işğal altında olan torpaqlarımızı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bununla bağlı beynəlxalq ictimaiyyət Azərbaycanı öz sıralarına Dağlıq Qarabağla birgə daxil edib".

Elman Abdullayev həmçinin Ermənistanın müstəqil qərar vermək imkanında olmadığını da söyləyib:

"Ermənistanda siyasi iradə ilə bağlı problemlər mövcuddur. Əlavə olaraq onu da deyə bilərəm ki, ermənilər özləri də bilir ki, QDR-in müstəqilliyini tanımaq və başqa bu tip müzakirələr onlara xeyir gətirməyəcək".

Tarix
2013.11.12 / 13:34
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla