Yuxarı

Müsəlman qadınlar üçün ən yaxşı ölkə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komor Adaları İttifaqı müsəlman qadınlar üçün ən yaxşı ölkədir.

"Axar.az"ın "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, bu nəticə ilə "Thomson Reuters Foundation" çıxış edib.

Tədqiqatçılar buna əsas səbəb kimi qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını göstərirlər. Komorda vəzifələrin 20%-ni zərif cinsin nümayəndələri tutur. Bununla bərabər, nikah zamanı da onlara daha çox güzəştlər tədbiq edilir. Həmçinin boşanma vaxtı daşınmaz əmlak qadınların payına düşür.

Liderlər siyahısında növbəti yerləri Küveyt, İordaniya və Oman tutur.

Tədqiqatlar zamanı ən pis göstəricinin Misirdə olduğu üzə çıxıb. Burada qadınlar demək olar ki, ölkənin ictimai-siyasi həyatından uzaq tutulur. Dövlət idarəçiliyində isə əks cinsin nümayəndələrindən heç kimə rast gəlmək mümkün deyil. Təşkilat bunu 2011-ci ildə baş vermiş inqilabla əlaqəli olduğunu bəyan edir.

Misirlə bərabər sonuncu yerləri Səudiyyə Ərəbistanı, İraq, Yəmən və Suriya bölüşür.

Qeyd edək ki, tədqiqat 22 ölkədə 300 ekspertin iştirakı ilə keçirilib.

Tarix
2013.11.12 / 15:27
Müəllif
Həsənov İlkin
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla