Yuxarı

“Yeni Azərbaycan”dan “Azadlıq”a dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənli barədə "Yeni Azərbaycan" qəzetində siyasi etikaya zidd yazılar dərc olunub", - bu haqda "Musavat.com" saytı məlumat verib. Cəmil Həsənlinin seçki qərargahının həmsədri Arif Hacılı faktları toplayıb, hüquqşünaslarla məsləhətləşdikdən sonra qəzeti məhkəməyə verəcəklərini bildirib.

İddiaçı tərəf faktları açıqlasın

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə "Axar.az"a açıqlamasında rəhbəri olduğu qəzetdə Cəmil Həsənlinin təhqir edilməsi ilə bağlı ittihamlarına cavab verdi:

"Yeni Azərbaycan" qəzeti heç vaxt siyasi etikadan kənar vasitələrə əl atmayıb. Mətnlə tanış olmamışam və bizi ittiham edən tərəf də ittihamını konkret əsaslandırmayıb. Ona görə də bir söz deyə bilmərəm. Yaxşı olar ki, iddiaçı tərəf ittihamın əsas mahiyyətini faktlarla açıqlasın".

Bütün hallarda sağlam rəqabətin tərəfdarıyıq

Hikmət Babaoğlu həmçinin son günlər "Azadlıq" və "Yeni Müsavat qəzetlərinin nəşrinin dayandırması yönündə yaranan təhlükəyə də münasibət bildirdi:

"Bütün hallarda Azərbaycan mətbuatında sağlam rəqabətin olması yaxşıdır. Bu rəqabət Azərbaycan mətbuatının inkişafına xidmət edir. Və biz də həmin mətbuat nümunələri ilə sağlam dəyərlərə söykənib, rəqabət aparmağa hazırıq".

Tarix
2013.11.12 / 18:10
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla