Yuxarı

BDU təkzib etdi: “Altay Göyüşov işdən çıxmayıb” - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dosent Altay Göyüşov "feysbuk" profilində müəllim işlədiyi Bakı Dövlət Universitetindən (BDU) çıxarıldığı haqda status yazıb. Altay Göyüşov BDU-dan uzaqlaşdırılmasına səbəbinin "feysbuk"da yazdığı statuslarla bağlı olduğunu qeyd edib.

Mətbuat xidməti xidmət göstərmir

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova təlimdə olduğunu əsas gətirərək, Altay Göyüşovun universitetdən xaric edilməsi haqda "Axar.az"ın sualını cavablandırmaqdan imtina etdi. Xatırladaq ki, P.İbrahimova artıq davamlı olaraq mətbuatdan yayınmağa başlayıb və hər dəfə bir yerdə olduğunu bəhanə gətirməklə məşğuldur.

Universitet təkzib edir

Tarix fakültəsinin dekanı Azad Rzayev bu haqda heç bir suala cavab verə bilməyəcəyini söylədi.

Sosial məsələlər üzrə prorektorluğunun əməkdaşı Əhməd Əhmədov isə yayılan xəbərlərin yanlış olduğunu söylədi və Altay Göyüşovun Universitetdən çıxarılmadığını bildirdi:

"Altay Göyüşovun BDU-dan ayrılması haqda xəbərlər yanlışdır. Universitet rəhbərliyinin onun universitetdən ayrılması haqda heç bir qərarı yoxdur. Onun "feysbuk" statusunda nə yazdığını bilmirəm, amma onu dəqiq bilirəm ki, Altay Göyüşov universitetdən çıxarılmayıb".

***

Abel Məhərrəmov: "Altay Göyüşov işə gəlmirdi"

"Altay Göyüşovun işdən azad edilməsi ilə bağlı hələlik konkret qərar olmasa da, onun məsələsinə universitetin aidiyyəti qurumlarında baxılır".

Bu sözləri isə noyabrın 13-də jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov deyib.

Rektorun sözlərinə görə, Altay Göyüşov hazırda universitetin dosenti olmaqla yanaşı, İslam Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisidir:

"BDU bir müddət öncə onu Amerikaya uzunmüddətli elmi ezamiyyətə göndərmişdik ki, oradakı təhsil təcrübəsini gəlib burada tətbiq etsin. Qayıdandan sonra ondan səmərəli istifadə etmək məqsədilə ona İslam Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsi ilə bərabər universitetin dosenti vəzifəsi verildi. O, İslam Araşdırmalar Mərkəzində fəaliyyət göstərməklə universitetə qrant layihələri gətirməli idi. Amma nə aylarla işə çıxdı, nə də layihə gətirdi.

Onda belə fikir formalaşıb ki, aylarla işə gəlməmək, layihə gətirməmək də olar. Yəqin o, Amerikaya ailəsinin yanına qayıtmaq istəyir və bu yolla spekulyasiya edərək müəyyən dairələrdən dəstək almaq istəyir. Guya ki, onu burada sıxışdırırlar və işləməyə imkan vermirlər.

Onun bir müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və konkret qərar veriləcək. Amma o, bu günədək universitetin işçisi olaraq qalır. Bütün bunlara ancaq araşdırmaların yekunu olaraq qərar veriləcək. Ola bilsin, onu işdən azad etmədik. Ona dəfələrlə xəbərdarlıq edilib ki, sənin məsələnə baxılacaq və o da bundan narahat olaraq "feysbuk"da yazıb ki, ondan işdən çıxmaq üçün ərizə tələb edirlər".

Rektor əlavə edib ki, Altay Göyüşovla bağlı işdə heç bir siyasi çalar yoxdur.

Tarix
2013.11.13 / 14:40
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla