Yuxarı

Kürd qətliamı və Qarabağsız “Əriyən ada”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il 15-24 noyabr tarixlərindəLondonda Avropanın ən böyük kürd film festivalı olaraq bilinən "8-ci London Kürd Film Festivalı" keçiriləcək. 23 uzun metrajlı, 45 sənədli film və 50-yə yaxın qısa filmin iştirak edəcəyi festivalda əsas mövzu Rojavadaiddia edilən kürd qətliamlarıdır.

Qeyd edək ki, bir neçə ay öncə Suriyanın şimalında Hələb şəhəri yaxınlığında kürdlərin sıx yaşadığı Rojava (kürdcə "qərb" mənasına gəlir) bölgəsində kürdlərə qarşı radikal islamçılar tərəfindən törədildiyi iddia edilən qətliam haqdadır.

Filmləriningiliscə altyazıyla göstəriləcəyi festivala fərqli dillərdə çəkilmiş filmlər qatılır: kürdcənin kurmancı və sorani ləhcələri, türkcə, ərəbcə, ingiliscə.

Festivalda bu il iki yarışma yer alır. "Yılmaz Güney qısa film festivalı" və ssenari sahəsində. Festivala gedən filmlər arasında RehaErdeminRojava mövzulu "İnJin" filmi də var.

Qarabağla əlaqəsi olmayan Qarabağ haqda film

Qarabağ müharibəsindən sonra Azərbaycanda da Xocalı faciəsinə, 20 yanvar hadisələri"nə aid işğal, qətliam mövzulu filmlər çəkilib. Qarabağ mövzulu filmlərin festivallara gedib-getməməsi, yer tutub-tutmaması ilə bağlı Mədəniyyət Nazirliyinə zəng vurduq. Mövzuyla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovla əlaqə saxladıq. Londonda keçiriləcək kürd filmləri festivalı və sözügedən festivala təqdim olunan sənədli, uzun və qısametrajlı filmlərin demək olar ki, hamısının mövzusunun Rojavaqətliamına həsr olunması haqqında məlumat verib, Azərbaycanda Qarabağ mövzusunda hansı filmlərin festivala göndərildiyi ilə maraqlandıq. Yusif bəy bildirdi ki, "Nazirliyin sifarişi ilə çəkilən filmlər festivallara da, səfirliklərə də, diaspora təşkilatlarına da göndərilir. Son dövrlərdə Qarabağ mövzusunda "Dolu" filmi çəkilib. Nazirliyin və filmi istehsal edən dövlət, özəl studiyaların öz xəttilə də festivallara filmlər göndərilir. Keçən il 50-dən çox beynəlxalq festivalda bizim filmlər iştirak edib. Məsələn, bu il "Kazan festivalı"nda öz nominasiyasında "Əriyən ada" adlı bir sənədli filmimiz birinci yer tutub".

Suallarımıza yarımçıq və başdansovudu cavab verən Yusif bəy adını çəkdiyi filmlər haqqında məlumat verməyərək, bu haqda istədiyimiz məlumatları internetdən (!) tapa biləcəyimizi dedi. Biz də Yusif bəyin "məsləhətinə" qulaq asaraq internet vasitəsilə rejissor Fariz Əhmədovun çəkdiyi "Əriyən ada" sənədli filminin bu il Kazanda 27 ölkənin çəkdiyi ümumilikdə 450 filmin iştirakı ilə keçirilən "IX Beynəlxalq Müsəlman Film Festivalı"nın qalibi olduğunu öyrəndik. "Azanfilm" studiyasında çəkilən film "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi seçilib.

Qeyd edək ki, ssenari müəllifi Esmira Əyyub, operatoru Rüfət Kərimov olan "Əriyən ada" sənədli filmində hadisələr Kürdili kəndində (Neftçala rayonu) cərəyan edir. Rejissor və ssenari müəllifi kameranın obyektivini həyatın demək olar ki, donduğu, uzun illər əvvəl tərk edilmiş Kürdili adasında hələ də yaşamaqda olan bir neçə ailənin ağır güzəranına yönəldərək, sanki dünyadan təcrid olunmuş bu insanlara doğru bir körpü salmağa çalışıb. Mövzudan da bəlli olduğu kimi bu filmin Qarabağmövzusuyla yaxından-uzaqdan əlaqəsi yoxdur.

P.S. Mədəniyyətlə bağlı istənilən məlumatı internetdən tapmaq mümkünsə,Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin niyə fəaliyyət göstərdiyi bizə qaranlıq olaraq qaldı...

Tarix
2013.11.13 / 19:25
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla