Yuxarı

Şəbih mərasimi - Nardaran - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşamkı reportajdan sonra bu gün səhər "Axar.az"ın əməkdaşları yenidən Nardaran kəndində olub.

Şiə məzhəbi tərəfindən xüsusi mərasim şəkilində qeyd olunan Aşuranın nə az, nə çox düz 14 əsrlik tarixi var. 680-ci ildə (hicri-qəməri təqvimi ilə 61-ci il, məhərrəm ayının 10-u) indiki İraq ərazisində yerləşən Kərbəla şəhərində xilafət taxtında əyləşən Yezidlə islam peyğəmbərinin nəvəsi, birinci imam Hz.Əlinin oğlu imam Hüseyn arasında baş vermiş döyüşdə imam və onun 72 tərəfdaşı şəhadətə qovuşub.

Şiələr arasında Hz.Hüseyn qəhrəmanlıq simvolu, haqq tərəfdarı, ədalət meyarı kimi tanınır. Müxtəlif islam ölkələrində yaşayan Əhli-beyt aşiqləri hər il məhərrəmlik ayında əzadarlıq məclisləri təşkil edərək şəhid edilən imamlarına yas saxlayır. Hər il daha da əzəmətini artıran bu mərasimlər ölkəmizdə də xüsusi qaydada təşkil olunur.

Gecə saatlarından etibarən pirlərə və ziyarətgahlara tərəf yol alan insanlar müxtəlif dəstələrə bölünmüş halda müntəzəm olaraq "ya Hüseyn" deyib irəliləyir, bəzən də yol kənarında qurulmuş ehsan çadırlarında əyləşib qısa müddət istirahət edəndən sonra yollarına davam edirlər.

Nardaranda təşkil edilən mərasimdə o vaxt Kərbəla şəhərində baş verən hadisələri "tamaşa" kimi nümayiş etdirirlər.

Qeyd edək ki, mərasim günorta saat 12-yə, "qətl sınana" qədər davam edir.

Fotolar Emin Nihil

Tarix
2013.11.14 / 16:52
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla