Yuxarı

Ərdoğan Rusiyaya gedəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Rəcəb Tayyib Ərdoğan Rusiya IV Ali Əməkdaşlıq Şurası yığıncağında iştirak etmək üçün 21-22 noyabr 2013-cü ildə Peterburqa rəsmi səfər edəcək. Xarici İşlər naziri Əhməd Davudoğlu, Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız, İqtisadiyyat naziri Zəfər Çağlayan başda olmaqla geniş bir heyət Rusiyada toplantıda iştirak edəcək.

"Axar.az"ın xəbərinə görə, Baş nazir Ərdoğan Rusiya təmasları çərçivəsində dövlət başçısı Vladimir Putinlə görüşəcək. İki ölkə arasında Suriya məsələsi, İran nüvə proqramı, Misirdə yaşanan hadisələrlə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, iki ölkə arasında olan 35 milyardlıq ticarət həcminin 100 milyarda çatdırılması nəzərdə tutulur.

Ərdoğanın türk inşaat şirkəti İC İçtaşın İtalyan şirkəti ilə birlikdə Sankt Peterburqun ən böyük hava limanı olan Pulkovanın genişləndirilməsiylə bağlı açılışda iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Baş nazir Ərdoğan sonuncu dəfə G-20 zirvəsi görüşlərinin keçirildiyi 5-6 sentyabr tarixlərində də Peterburqda olub.

Tarix
2013.11.15 / 16:06
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla