Yuxarı

Əmək Müfəttişliyinin işçiləri istefaya göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdris İsayevdən gözlənilməz istefa tələbi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçiləri kütləvi şəkildə istefaya göndərilib.

Əmək Müfəttişliyindəki etibarlı mənbədən daxil olan məlumata görə, qurumun yeni sədri İdris İsayev rayon və şəhər bölmələri daxil olmaqla xidmətin bütün əməkdaşlarına işdən çıxmaqla bağlı ərizə yazmağı tapşırıb.

İstefa ərizələrində yazılma tarixin qeyd edilməməsi tələb olunub. Ərizələrdə işçilərin öz xahişləri ilə işdən çıxarılması əskini tapıb. Müraciətlərin yazılı sürətdə toplanaraq bu gün saat 18:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə təqdim olunacağı gözlənilir.

Mənbənin bildirdiyinə görə, ərizələrin kütləvi şəkildə yazılması qurumda baş verəcək ixtisarla bağlıdır. Belə ki, İdris İsayevin bu addımı atması həyata keçiriləcək ixtisarlardan sonra yarana biləcək narazılıqların qarşısının almaqdan ibarətdir.

Qeyd edək ki, bir müddət öncə Səlim Müslümovun əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin olunub ("Azvision.az").

Faktla bağlı ətraflı məlumat veriləcək.

Tarix
2013.11.20 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla