Yuxarı

Jurnalistlərimiz hansı yazıçıları oxuyur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən yaxşı roman müəlliflərindən sayılan yazar Qüstav Flober deyib ki, "Yazarlıq – yazarın inandığını kəşf etmək sənətidir".

Bütün dünyada olduğu kimi ölkəmizdə də yazarlara hər zaman maraq var. Jurnalistlərin isə yazarlara olan marağı tam başqadır. Çünki yazarlarla ən çox jurnalistlər ünsiyyətdə olur. Bəs görəsən, jurnalistlər daha çox hansı yazarları oxumağa üstünlük verir?

Vaxt çatmır

ATV-nin aparıcısı Samirə Mustafayeva əsasən, dünya ədəbiyyatına üstünlük verdiyini bildirdi. Bədii ədəbiyyatla müqayisədə, elmi ədəbiyyatı daha çox oxuduğunu dedi: "Yerli yazarlardan Elçin Səfərlinin kitabını alsam da, hələ oxumamışam, çünki vaxtım məhdud olur. Orxan Fikrətoğlunun sonuncu kitabını da almışam. Vaxtım olan kimi sırayla hər birini oxuyacam". Samirə Mustafayeva kimliyindən asılı olmayaraq, hər kəsin mütaliəsinin olmasını vacib sayır.

Xəzər TV-nin aparıcısı Anar Nəcəfli isə ən çox Müşfiq Xana üstünlük verdiyini, amma kitab oxumağa elə də çox vaxtı olmadığını bildirdi.

"Azadlıq" qəzetinin redaktoru Alı Rzanın fikirlərinə gəlincə, o, yazarlardan Zümrüd Yağmur, Pərviz Cəbrayılı, şairlərdən isə Səadət Cahangiri oxuduğunu bildirdi.

ANS televiziyasının aparıcısı İlkin Kərimov ən çox Aqşin Yenisey, Murad Köhnəqala, Seymur Baycan, Ramiz Rövşən və Qisməti oxuduğunu dedi. Teleaparıcıcnın fikrincə, müasir yazarlar gənc olduğundan insan ruhuna daha yaxındırlar. Onlar gənclərin ruhuna daha çox işləyirlər. O, ən sonuncu dəfə Aqşinin şeirlərini oxuduğunu bildirdi.

Hələ bizdə bədii əsər yazmağı öyrənməyiblər

"Simsar.az" xəbər portalının baş redaktoru Elmar Hüseynovun fikrincə isə Aqşin Yeniseyin köşələrində hər şey tapmaq mümkündür. O, Aqşin Yeniseyin insan ruhuna toxunduğunu bacardığını bildirdi. Seymur Baycanı isə ən güclü köşə yazarlarından hesab edir. "Günel Mövlud son vaxtlar maarifçi dəst xəttinə keçib ki, çox maraqlı yazır. Mən Azərbaycanlıların yazdığı bədii əsərləri oxuyub vaxtımı itirmək istəmirəm. Çünki İsa Hüseynov, Əkrəm Əylisli və Anar bizdə bədii əsərə öz möhürlərini vurublar. İstər gənc yazarlar olsun, istərsə də sonrakı nəsillər, hələ də bizdə bədii əsər yazmağı öyrənməyiblər. Bizdə yazarlar nə təsviri bacarırlar, nə hadisə qurmağı, nə də maraqlı gediş etməyi... Mənim üçün digər köşə yazarları o qədər də maraqlı deyil. Ancaq bəzən elə maraqlı köşələr yazan olur ki... Bu baxımdan Sona Yaqubovonın "Azərbaycansayağı abırlı kişilər" köşəsini çox bəyəndim".

"Teleqraf" qəzetinin redaktoru Dilqəm Əhməd isə hazırda çantasında Yusuf Akçuranın "Xatirələrim" kitabının olduğunu bildirdi. Son zamanlar isə daha çox memuar ədəbiyyatına üstünlük verdiyini qeyd etdi.

"Daha öncə eks-prezident Ayaz Mütəllibovun "7 ilin 70 anı" kitabını bitirdim. Bu seriyadan paralel olaraq M.S.Ordubadinin xatirələrinə başlamışam. Kənan Hacının "Yaddaş kartı" memuar-romanını alsam da, o hələ növbəsini gözləyir. D.Əhməd hazırda bu siyahıya Vilayət Quliyevin "Son illərin yazıları" adlı məqalələr toplusu kitabının da aid olduğunu qeyd etdi. O əsərlərdə ən çox diqqəti çəkən məqamlara da toxundu. Bildirdi ki, eks-prezident Ayaz Mütəllibovun AXC hakimiyyəti ilə bağlı, onun hakimiyyətdən uzaqlaşdırıldığı ərəfədə olan hadisələr barədə fikirlərində subyektivlik olsa da, gerçəkliklər də mövcuddur.

"Yeni Müsavat" qəzetinin jurnalisti Aygün Muradxanlı isə Zümrüd Yağmurun "Allah qayıdır?"əsərindən sonra yerli yazarlardan kimsəni oxumadıını bildirdi. Jurnalist bildirdi ki, indi o təsəvvüfi ədəbiyyata daha çox üstünlük verir. Bundan başqa Üzeyir bəy Hacıbəyovun və Mirzə Cəlilin felyetonlarını oxuduğunu qeyd etdi.

Aqşin köhnə yazılarını təzə kimi sırımasa…

"Qafqazinfo" xəbər portalının direktoru Elbrus Ərud yerli yazarlardan ən çox Seymur Baycan və Əkrəm Əylislini oxuduğunu bildirdi: "Kim nə yazırsa, oxuyuram. İstedadlı uşaqlardan Aqşinin şeir kitabını oxumuşam. Aqşinin yazdıqlarının hamısını sevirəm, amma köhnə yazılarını təzə kimi sırımasa…

Tarix
2013.11.20 / 15:54
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla