Yuxarı

Bank əməkdaşının intiharının təfərrüatları – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Problemli kreditlər şöbəsi" müdirinin hansı problemləri olduğu müəmmalıdır

Noyabrın 20-də səhər tezdən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 63/65 ünvanda yerləşən "Bank of Baku"nun Əməliyyat Mərkəzinin yerləşdiyi binanın arxasında qaz borusundan asılmış kişi meyiti aşkarlanıb. Bank binasının arxasındakı qazanxanaya çəkilmiş borudan asılı vəziyyətdə olan şəxsin kimliyi əraziyə bank işçiləri gələndən sonra məlum olub. Hadisə yerində olan "Yeni Müsavat" əməkdaşına şahidlərdən biri bunları deyib:
"Səhər bir türkiyəli bankın arxasından keçəndə qazanxanaya gedən qaz borusundan bir nəfərin asılmış vəziyyətdə olan meyitini görüb. Əraziyə polis, prokurorluq işçiləri gəldi. Bankın işçiləri də bura gələndə dedilər ki, bu Rauf müəllimdir, müdirdir. Burada hərə bir söz dedi. Banka borcu olmasından tutmuş prokurorluqda dindirilməsinə qədər. Nə bilmək olar, indi hərə bir səbəbdən özünü öldürür".
Şahid bildirdi ki, R.Abdullayevin yaxınları onun noyabrın 19-da itkin düşməsi haqda polisə məlumat veriblər: "Burada dedilər ki, Rauf Abdullayevin kürəkəni polisə onun itkin düşməsi haqda məlumat verib. Müstəntiqlər də dedilər ki, özünü asan əvvəlcədən buna hazırlaşıb. İp tapıb özü ilə bura gətirib, atıb borunun üstünə və çəkib bağlayıb boğazına. Sonra da çıxıb borunun dayağının üstünə və oradan özünü aşağı atıb, boğub".
Nərimanov Rayon Prokurorluğundan "Vesti.az"a deyiblər ki, R.Abdullayev intihar etməzdən əvvəl məktub yazıb. İntiharqabağı məktubunda "kimsəni günahkar bilmirəm" sözləri qeyd olunub..
Həmçinin məlum oub ki, 1956-cı il təvəllüdlü R.Abdullayevin həyat yoldaşı yoxdur. 1 qızı var və o, ailə həyatı quraraq ayrı mənzildə yaşayır. Mərhum hər gün işdən qayıdandan sonra qızı ilə danışarmış. Noyabrın 19-da isə belə olmayıb. Buna görə də R.Abdullayevin kürəkəni bütün tanışlarından onu xəbər alıb. Lakin kimsə R.Abdullayevin işdən çıxaraq hara getməsi haqda məlumatlı olduğunu deməyib. Bundan sonra onun kürəkəni hüquq mühafizə orqanlarına üz tutub. Polisin axtarışları elə bank işçilərinin zəngindən sonra dayandırılıb. R.Abdullayevin şəxsiyyəti haqda məlumat toplayan hüquq mühafizə orqanlarının əməkdaşları bu məlumatlar əsasında ipucu əldə edə bilməyiblər. İntiharın R.Abdullayevin professional fəaliyyəti ilə əlaqəli olması da araşdırılan versiyalar sırasındadır.
"Yeni Müsavat" əməkdaşı R.Abdullayevin çalışdığı "Əməliyyat Mərkəzi"ndə və "Bank of Baku"nun baş ofisində də olub.
"Əməliyyat Mərkəzi"də R.Abdullayevin bankın ən çətin və məsuliyyətli şöbəsinə rəhbərlik etdiyini bildiriblər. Məlumata əsasən R. Abdullayev uzun illər bankın "Problemli kreditlər şöbəsi"ndə çalışıb.
Bankın əsas fiqurlarından biri adının çəkilməməsi şərti ilə "Yeni Müsavat"a deyib ki, R. Abdullayevi çox vicdanlı, işini bilən savadlı işçi kimi tanıyırlar: "Onun ölümü bizim üçün də çox gözlənilməz oldu. Rauf Abdullayevin bankda heç bir problemi yox idi, banka borcu filanı da olmayıb. Sağlam, gümrah insan idi. Biz hüquq mühafizə orqanlarının rəhbərlərinə də müraciət edərək bu məsələnin sonadək araşdırılmasını xahiş etmişik".
Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə araşdırma aparılır. Cinayət işinin araşdırılmasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi müstəntiqlərinin də iştirak etməsi haqda məlumatlar var.
Xatırladaq ki, bu intihar Azərbaycanın bank sektorunda ilk deyil. Ötən ilin bu günlərində Azərbaycan Sənaye Bankının şöbə müdiri, 33 yaşlı Seymur Səmədov itkin düşmüşdü. Sonradan onun meyiti Xəzər dənizində aşkarlandı. Bu günə qədər S.Səmədovun müəmmalı ölümünün səbəbi ictimaiyyətdən gizli saxlanılır.
Tarix
2013.11.20 / 18:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla