Yuxarı

Ermənistanın hava limanı Putinə hədiyyə edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın "Erebuni" hava limanının Rusiya hərbi bazalarının tərkibinə verilməsi planlaşdırılır.

"Axar.az" məlumat verir ki, bu informasiya bu gün Ermənistan mətbuatında yer alıb.

Məqalənin müəllifi artıq bununla bağlı hökumət daxilində danışıqların aparıldığını deyib. O bu gecə keçiriləcək hökumət iclası zamanı məsələnin müzakirə planına salındığını yazıb. Qəzet belə bir hərəkətin Vladimir Putinin səfəri ilə əlaqədar olduğunu bildirib. Ermənistan hakimiyyəti məhz hava limanını rus prezidentinə hədiyyə etmək istəyir.

Qəzet bununla əlaqədar artıq ruslara veriləcək obyektlərinin siyahısının hazırlandığını da bildirib. Məqalə müəllifi siyahıda Arşakunyasa küçəsində yerləşən hərbi şəhərciyin Rusiya hərbi bazalarının tərkibinə veriləcəyini yazıb. Onun sözlərinə görə, siyahıda həmçinin Araratyan və Şiraks küçələrinin də adları yer alıb. Məhz bu üç küçə arasında "Erebuni" hava limanı yerləşir. Bu isə 10 kv.km ərazini əhatə edir. Qəzet həmçinin Putinin səfəri zamanı daha nə qədər ərazinin onlara veriləcəyinin dəqiq məlum olmadığını bildirib.

Tarix
2013.11.21 / 12:03
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla