Yuxarı

Şahbaz Xuduoğlu Vergilər Nazirliyini məhkəməyə verib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Vergilər Nazirliyinin Vergi Auditi Departamentini məhkəməyə verib.

"Axar.az"ın xəbərinə görə, "Media forum" saytına açıqlamasında Şahbaz Xuduoğlu bildirib ki, məhkəməyə Vergi Auditi Departamentinin noyabrın 1-də "Qanun"da apardığı yoxlama zamanı nəşriyyatın sənədlərini və əmlakını qanunsuz götürməsindən şikayət edib.

İddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub.

Məhkəmə baxışı dekabr ayına təyin edilib.

Şahbaz Xuduğolu deyib ki, nəşriyyatın hüquqlarını vəkil Müzəffər Baxışov müdafiə edəcək: "İddia ərizəsində Vergi Məcəlləsinin hansı maddələrinin pozulduğunu, yoxlama zamanı hansı qanunsuz hərəkətlərə yol verildiyini göstərmişik, sənədlərin qanunsuz götürüldüyünü əsaslandıran qanunvericilik aktlarından misallar gətirmişik".

Vergilər Nazirliyinin Vergi Auditi Departamenti noyabrın 1-də "Qanun" nəşriyyatında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatın sənədlərini, əlyazmalarını və kompüterlərini götürüblər. Nəşriyyat fəaliyyətinə bir günlük ara verməli olub. Sonradan "Qanun" fəaliyyətini bərpa etsə də, sənədlər və avadanlıqlar hələ geri qaytarılmayıb.

Tarix
2013.11.21 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla