Yuxarı

Əhməd Qayanın xanımı danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Qayanın xanımı Gültən Qaya "CNN Türk"də yayımlanan "5N 1K" proqramına qonaq olub. Gültən "Gəzi etiraz ruhudur. Əhməd Qaya etiraz ruhunun içində də olardı, Diyarbəkirdə də",- deyib.

Proqrama telefonla qoşulan Gültən Qaya bunları deyib:

"Təbii ki, prosesləri təəccüb içində izləyirəm. Çox təəssüf hissi ilə deyə bilərəm ki, danışıqlar mövzunun gözdən salmağa xidmət edir. Əhməd Qayanın siyasətin gündəminə gəlməyi çox normaldır. Türkiyə bu mövzunu əvvəllər heç müzakirə etməyib. İndi müzakirə etməyi çox təqdirə layiqdir. Ancaq mediadan bir xahişim var: mövzunu gözdən salmadan müzakirə etsəniz, çox yaxşı olar. Bu ölkədə hüquq olsaydı və ciddi olaraq işləsəydi, bu mövzu 14 il sonraya qalmazdı. Dava açmaq kimi bir fikrim yoxdur. Əhmədin də belə bir istəyi olmazdı. Biz daha demokratik bir ölkədə uşaqların gözlərini açmaq istəyirik. Fikrimcə, hüquq düzgün işləməlidir, tarix düzgün yazılmalıdır. Əhməd Qaya, fikri mərkəz xaricində olan, həyatı düzgün formada yaşamaq istəyən hər kəsin yanında idi. Gəzi etiraz ruhu idi. Əhməd etiraz ruhunun içində də olardı, Diyarbəkirdə".

Qəbri Fransada qalacaq

Baş nazir Ərdoğan Əhməd Qayanın qəbrinin Türkiyəyə gətirilməsi ilə əlaqədar daha əvvəl də mənimlə əlaqə saxlayıb. Diqqəti üçün təşəkkür edirəm. Ancaq Əhməd Qaya orada olmuş, burada olmuş fərq etmir, tarix bizdən asılı olmadan yazılır. Bu ölkə ayıbları ilə üzləşsin. Əhməd Qaya Fransada qalacaq.

Tarix
2013.11.21 / 13:46
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla