Yuxarı

İlahiyyatçı “Allah.az” saytı açır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyatçı Elşad Miri "Allah.az" adlı sayt açmaq niyyətindədir. Bu məqsədlə o, eyniadlı domeni artıq qeydiyyatdan da keçirib.

"Allah.az" adlı saytın yaranması xəbəri çox maraqlı gəldiyindən, Elşad Miri ilə əlaqə saxladıq. İlahiyyatçı "Axar.az"a dedi ki, həqiqətən də belə bir fikri var və bu, sırf islam dini ilə bağlı deyil:

"Domenin alınmasının və saytın yaradılmasının əsas məqsədi İncildə, Tövratda, Quranda, Sintuizmdə, Brahmanizmdə, Konfutsionizmdə, Sintoizmdə, Buddizmdə və s. dinlərdə Allahla bağlı yer alan fikirlər haqqında məlumat verməkdir. Məqsədimiz odur ki, insanlar "Allah" sözünün hardan gəldiyini, Allahın adlarının və sifətlərinin hansı olmasını bilsinlər. Bir sözlə, Allahla bağlı maarifləndirici bilgilər yer alacaq. Saytda nəinki hansısa məzhəblə bağlı təbliğat olmayacaq, ümumiyyətlə hansısa dinin təbliğatı olmayacaq. Saytı yaratmaqda məqsədimiz odur ki, insanlarda onları yaradan haqqında, Allahla, Tanrı ilə bağlı təsəvvürləri olsun".

Elşad Miri həmçinin qeyd etdi ki, saytla bağlı hazırlıq işlərinə bir neçə müddət öncə başlanılıb və bu istiqamətdə işlər dağvam etdirilir.

Məsələyə Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da münasibət bildirib. "Axar.az"a danışan "DEVAM" rəhbəri Elşad Mirinin açacağı sayta normal yanaşdığını deyib:

"Normal addır, saytın bu adla fəaliyyətində heç bir problem görmürəm"

Tarix
2013.11.21 / 15:25
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla