Yuxarı

İçərişəhərə görə mükafat aldıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İçərişəhərin qorunması və konservasiyasına görə "Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması" nominasiyasında "Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - "Italian Heritage Award" nüfuzlu beynəlxalq mükafatına layiq görülüb.

"Axar.az"ın xəbərinə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, "İtalian Heritage Award" mükafatı restavrasiya, heykəltəraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilir. Builki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərdən ibarət münsiflər heyəti nəzərdən keçirib.

UNESCO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş İçərişəhərə 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin hərtərəfli səyləri münsiflərin xüsusi diqqətini cəlb edib. Ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində 2009-cu ildə İçərişəhərin "Təhlükədə olan Dünya İrsi" siyahısından çıxarılması xüsusi olaraq vurğulanıb.

Mükafat Azərbaycanın İtaliyadakı səfirliyi vasitəsilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib ("AzərTac").

Tarix
2013.11.21 / 20:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla