Yuxarı

Prezidentin qızı it damına salınıb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova rəhbərlik etdiyi "Mədəniyyət və incsənət forumu"nu bağlaması haqda məlumat yayıb.

Bu haqda "Axar.az" "Fərqanə"yə istinadən xəbər verir.

Prezident qızı Fondun vacib layihələrini başa çatdıracağını vəd edib, eləcə də Fond əməkdaşlarının işlə təmin ediləcəyi ilə bağlı təminat verdiyini açıqlayıb.

"Özbəkistanın mədəniyyət və incəsənət forumu" fondu elm, mədəniyyət, təhsil və idmanın dəstəklənməsi məqsədilə 2004-cü ildə yaradılıb.

Kərimova bu haqda öz Tvitter hesabında yazıb. O, həmçinin anası, prezidentin xanımı Tatyana Kərimova ilə aralarında olan konflikti də xatırladıb və guya anasının "onunla (Gülnarə ilə) bağlı olan hər şeyi məhv edəcəyini" deməklə onu təhdid etdiyini bildirib.

Bundan başqa prezidentin qızı deyib ki, xalası oğlu Əkbərin həbsi məsələsində anasının da əli var.

Xatırladaq ki, adı çəkilən Əkbərin (biznesmen Əkbərəli Abdullayev) həbsi haqda xəbərlər oktyabrda üzə çıxmışdı. Onu rüşvətxorluqda, vergidən yayınmaqda və talançılıqda ittiham etmişdilər. O zaman Gülnarə onun müdafiəsinə qalxmış və bildirmişdi ki, xalası oğlunun Özbəkistan və xaricdə olan hesablarını əlindən alıblar.

Kərimova öz fondunu bağlaması haqda xəbər verəndən və anasının ünvanına ittihamlar səsləndirəndən dərhal sonra Tvitter hesabı ləğv edilmişdi. Xatırladaq ki, hələ bundan qabaq o, öz mikrobloqunda Özbəkistan güc strukturlarının ünvanına tənqidlər yazmış və öz ailəsi haqda sərt fikirlər səsləndirmişdi. Gülnarə anasını mistik ayinlərə aludəçilikdə günahlandırırdı.

Kərimovanın bloqunun yoxa çıxmasından az əvvəl isə o, Fondunun təşkil etdiyi "Kelacak ovozi" (Gələcək əvəzi) layihəsinin iştirakçısı olan tələbələrin şərlənərək terrorçuluqda iştirak ittihamıyla həbs olunması haqda məlumat vermişdi. Buna görə də ölkədə qanunsuzluğun baş alıb getdiyini bildirmişdi.

Bu hadisələrə qədər isə 75 yaşlı İslam Kərimovun qızı prezidentin siyasi varisi hesab edilirdi. Yeri gəlmişkən, son vaxtlar KİV-də yayılan xəbərlərə görə, onu it damına salıblar. Özbəkistanda onun nəzarət etdiyi telekanal və radiostansiyalar işini dayandırıb, Daşkənddəki ona aid olduğu deyilən dəbdəbəli dükanlar bağlanıb. Yaxın çevrəsində olan şəxslər isə, mühafizə xidmətinin rəisi də daxil olmaqla ölkəni tərk edib.

İrəli sürülən versiyalardan birinə görə isə, prezidentin qızı it damına xalası oğlu Əkbərəlini müdafiə etdiyinə görə Özbəkistan Milli Təhlükəsizlik Bürosunun rəhbəri Rüstəm İnayətovla arasında yaranan münaqişədən sonra salınıb. Bu versiyaya inansaq, münaqişə onunla nəticələnib ki, prezidentə qızı haqqında kompromatlar çatdırılıb. Bu kompromatlarda xüsusilə hansısa bir qadının ölkənin sənaye müəssisələrindən qeyri-qanuni pay almasından söhbət gedir.

Tarix
2013.11.22 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla