Yuxarı

Bakıda 2 marşrut xətti bağlandı, 11-i dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın yol şəbəkəsindəki gərginliyi azaltmaq məqsədilə bəzi marşrut xətlərində dəyişikliklər edilib.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a bildirib ki, metronun "Qara Qarayev", "Neftçilər" və "Nəriman Nərimanov" stansiyaları ətrafındakı tıxacların aradan qaldırılması məqsədilə 102, 131, 163, 166, 15, 42, 80, 54, 70, 11, 43 nömrəli marşrut xətlərində dəyişikliklər aparılıb. 87 və 121 nömrəli marşrutlar isə digər marşrut xətləri ilə paralellik təşkil etdiyindən onların istismarı dayandırılıb.

.
O deyib ki, əgər sərnişinlər əvvəllər 131 nömrəli marşrutla Maştağadan metronun "Nəriman Nərimanov" stansiyasınadək gəlirdisə, indi metronun "Koroğlu" stansiyasına, buradan isə ya 184 nömrəli marşrutla, ya da metro ilə "Nəriman Nərimanov" stansiyasına gələ biləcəklər.

Bu cür tədbirləri həyata keçirməkdə məqsəd manevretmə qabiliyyəti az olan iri və ortatutumlu avtobusların şəhərin mərkəzində yaratdığı tıxacları aradan qaldırmaqdır. Belə tədbirlər sərnişinlərin yollardakı vaxt itkisinin qarşısının alınmasına da səbəb olacaq.

Tarix
2013.11.22 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla